Banner

Turizm

Prezident Bakıda “Intercontinental” otelinin - Açılışında

Prezident Bakıda “Intercontinental” otelinin - Açılışında | FED.az
16:42 18 İyun 2021

İyunun 18-də Bakıda beşulduzlu “Intercontinental” otelinin açılışı olub.

FED.az xəbər verir ki,  Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.

Azərbaycanın iş adamı: «Açıq-aşkar görünür ki, qurulma işdir, götürürlər sağlam kəpənəyi, qoyurlar pomidorun üstünə şəklini çəkirlər» - MÜSAHİBƏ 

Əvvəllər bu ərazidə “Cənub” mehmanxanası yerləşirdi. İndi onun yerində gözoxşayan memarlıq üslubunda yeddimərtəbəli “İntercontinental” oteli inşa olunub.

Müasir səviyyədə inşa olunan “İntercontinental” otelində ümumilikdə, müxtəlif kateqoriyalara aid 126 otaq var. Otaqların hər birində qonaqların özlərini maksimum rahat hiss etməsi üçün bütün zəruri şərait yaradılıb. Oteldə turistlərin və paytaxt sakinlərinin xidmətində olacaq restoranlar, konfrans zalları və digər infrastuktur mövcuddur.

Burada “Lamborghini Bakı Mərkəzi”nin satış salonu da yaradılıb. Salonda müştərilərə yüksək xidmət göstərmək üçün geniş imkanlar var.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib (FOTO/VİDEO) (YENİLƏNİB) - Gallery Image

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib (FOTO/VİDEO) (YENİLƏNİB) - Gallery Image

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib (FOTO/VİDEO) (YENİLƏNİB)

İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib - YENİLƏNİB

 

Banner
Banner

Digər xəbərlər