“PASHA Holding”in strukturunda olan “PMD Group”un törəmə şirkəti “PMD Hospitality” MMC-yə böyük həcmdə sərmayə yatırılıb.
Eləcə də bax: "PAŞA Holdinq"ə məxsus şirkətin nizamnamə kapitalı 27 % artırılıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, otel sənayesi üzrə ixtisaslaşan şirkətin nizamnamə kapitalı 59 dəfə artırılmaqla, yaxud 100 min manatdan 5 milyon 894.6 min manata qədər artırılmışdır.
“PMD Hospitality” otel, sanatoriya, restoran və akvapark tipli müəssisələrin idarə etməsi ilə məşğuldur. Şirkət 2018-ci ilin avqustundan rəsmi olaraq dövlət qeydiyyatına alınıb. “PMD Qrup”unun bir hissəsidir. Təşkilat, 2013-cü ildə, otel və qonaqpərvərlik əmlak inkişaf etdirmək və turizm sektorunda illər ərzində Azərbaycanda və xaricdə davamlı böyüməni təmin etmək məqsədi ilə yaradılıb. Bu şirkətin rəsmi səhifəsində qeyd edilir.
“PMD Hospitality”nin əmlak portfelində bir neçə 5 ulduzlu otel (Gaşaltı Health Hotel, Chinar Hotel & SPA, Galaalti SPA & Sanatorium, The Excelsior Hotel & Spa Baku, Lankaran Springs Wellness Resort), lüks kurort (Shamakhi Palace Sharadil), “Paulaner Azərbaycan” (franchise pivə zavodu) və böyük dənizkənarı akvaparkı (Dalga Beach Aquapark).