"PAŞA Holdinq" MMC-yə məxsus "Competo" MMC-nin nizamnamə kapitalı 4,3 milyon manat və yaxud 27,2 % artırılıb.
FED.az xəbər verir ki, şirkətin kapitalı 15,8 milyon manatdan 20,1 milyon manata çatdırılıb.
Xatırladaq ki, "Competo" 2018-ci ildə yaradılıb, Bakıda və Kiyevdə (Ukrayna) ofisləri olan geniş profilli informasiya texnologiyaları və biznes həlləri şirkətidir.(report)