Ötən ilin sonuna Azərbaycanda fəaliyyət göstərən turagent və turoperatorların sayı 434 ədəd olub.
Azərbaycana turist axını 11% azalıb
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, turagent və turoperatorların sayı 2024-cü illə müqayisədə 53 ədəd və ya 14% artıb.
Hesabat dövrünün sonunda ölkədə turagent və turoperatorlarda işləyən işçilərin sayı 2 min 687 nəfər olub ki, bu da, 2024-cü ildəki 2 min 132 nəfərdən 555 nəfər (26%) çoxdur.
Ötən il ölkədəki 434 turagent və turoperatorlarının əldə etdikləri gəlir 222 milyon 693 min manat olub. Bu, 2024-cü illə müqayisədə 56 milyon 301 min manat (34%) çoxdur. Belə ki, 2024-cü ildə bu məbləğ 166 milyon 392 min manat idi.
2025-ci ildə turagent və turoperatorların məhsul (xidmət) istehsalına çəkdiyi xərc 171 milyon 724 min manat olub ki, bu da, 2024-cü ildəki 143 milyon 350 min manat xərcdən 28 milyon 374 min manat (19,8%) çoxdur.
Bəhs olunan dövrün sonunda satılmış turizm zərflərinin sayı 86 min 147, satılmış turizm zərflərinin dəyəri isə 153 milyon 291 min manat təşkil edib. Zərflərin sayı illik müqayisədə 7,7 min ədəd (9,8%), dəyəri isə 24 milyon 615 min manat (19,1%) artıb.















