2023-cü ildə Azərbaycanda yerli turistlər 3 milyard 486 milyon 192 min manat vəsait xərcləyiblər.
Bu barədə FED.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Qeyd edək ki, ötən il yerli turistlər ən çox vəsaiti Bakı, Quba-Xaçmaz ,Şəki-Zaqatala və Naxçıvan Muxtar Respublikası iqtisadi rayonlarında xərcləyiblər.
Belə ki, xərclənən vəsaitin 1 milyard 649 milyon 703 min manatı Bakı, 517 milyon 153 min manat Quba-Xaçmaz, 357 milyon 940 min manat Şəki-Zaqatala, Naxçıvanda isə 25 milyon 4 min manatı Naxçıvan iqtisadi rayonunun payına düşüb.
Ən aşağı göstərici isə Şirvan-Saıyan iqtisadi rayonunun payına düşüb. Bu rayonda xərclənən vəsaitlərin həcmi 5 milyon 425 min manat təşkil edib.
Daha ətraflı aşağıdakı cədvəldə:
S/n |
İqtisadi Rayonlar |
Xərclənən vəsait. min manat |
1 |
Bakı |
1 649 703 |
2 |
Quba-Xaçmaz |
517 153 |
3 |
Şəki-Zaqatala |
357 940 |
4 |
Naxçıvan |
250 004 |
5 |
Abşeron-Xızı |
182 018 |
6 |
Lənkəran-Astara |
153 593 |
7 |
Gəncə-Daşkəsən |
130 300 |
8 |
Dağlıq-Şirvan |
106 821 |
9 |
Qazax-Tovuz |
62 235 |
10 |
Qarabağ |
40 415 |
11 |
Mərkəzi-Aran |
20 901 |
12 |
Mil-Muğan |
8 584 |
13 |
Şirvan-Salyan |
5 425 |
|
Cəmi |
3 486 192 |