Bu il Türkiyənin Antalya kurortuna 16 milyon turistin gəlməsi gözlənilir. FED.az xəbər verir ki, artıq bölgənin məşhur otelləri növbəti turizm mövsümü üçün təmir və abadlıq işlərini işlərini başa çatdırmaqdadırlar. Bəzi otellər hətta Mayamidən tonlarla ağ qum da gətirirlər. Bu qumlar kral nömrələrinin ətrafındakı hovuzların kənarına səpilir.
Akdeniz Turistik Otelcilər və İşlətməciler Birliyinin (AKTOB) rəhbəri Erkan Yağcı bildirib ki, əvvəlki il Antalyaya 14 milyon xarici turist gəlib, bu il isə turizmçilər 16 milyon nəfər gözləyirlər. Turistlərin əsas mənbəyi Almaniya və Rusiyadır. Rusiyadan gələn turistlərin sayı ən byöükdür – 4,7 milyon nəfər. Onların sayı hər il 5-10% artır və bu il türk otelçiləri Rusiyadan 5 milyon turist gözləyirlər. Almaniya turistləri isə elə də ciddi artmayıb və otelçilər bu ölkədən 2015-ci ildə olduğu qədər 1,5 milyon turist gözləyirlər. Üçüncü böyük ölkə olan İngiltərədən isə 700 min – 1 milyon turistin gəlməsi gözlənilir.
Otelçilər turist başına gəlirlərini də artırmaq fikrindədirlər. Dünya üzrə ümumi göstəriciyə əsasən, urist başına düşən xərc 1000 dollar ətrafındadır. Amma ötən il Türkiyədə bu göstərici 640 dollara enib. Bu il rəqəmin min dollara aldırılması gözlənilir.
Eləcə də bax: Şengen ölkələrinə səfər üçün vizanın qiyməti - ARTIRILIR