Avropa Birliyi, korona virusunun yayılması ilə ağır zərbə alan turizm sektorunu açmaq üçün çox çalışır. Bu sektor AB-nin illik gəlirinin 10 faizini təmin edir. Yaz mövsümü İspaniya, İtaliya, Yunanıstan və Malta kimi ölkələr üçün xüsusilə vacibdir.
Eləcə də bax: Türkiyədə turistlər üçün yeni - MƏHDUDİYYƏTLƏR
FED.az-ın məlumatına görə, tətilə gedəcək bəzi şəxslər epidemiya narahatlığı səbəbiylə evlərini tərk etməkdən çəkinirlər. Digərləri iqtisadi narahatlıqlara görə bu dövrdə tətildə pul xərcləmək istəmirlər. Həm ölkələr daxilində, həm də ölkələr arasında səyahət məhdudiyyətləri mövcuddur.
Avropa Komissiyası turizm üçün görüləcək tədbirlər haqqında bir araşdırma edib. Komissiyanın üzv dövlətlərə verdiyi ilk xəbərdarlıq, sağlamlıq sistemlərini və ölkəyə gələn turistləri mümkün bir epidemiya şəraitində müalicə etmək qabiliyyətinə sahib olmasıdır.
Avropa Komissiyası tərəfindən alınacaq ehtiyat tədbirləri aşağıdakılardır:
İşçilərə virusla qarşı təlimlər
- Turistlər tətil yeri, korona virusuna yoluxma hallarının sayı və sağlamlıq mərkəzlərinin imkanları barədə araşdırmalar aparmalıdırlar.
- Restoran və turizm müəssisələrinin işçilərinə koronavirusun simptomlarını haqqında təlim verilməlidir.
- Müəssisələr mümkün qədər az işçi ilə xidmətlər göstərməlidir.
- İnsanların sıx olduğu ərazilərində sosial məsafə qaydasına əməl olunmalıdır. Lazım gəlsə bunun üçün yeni tənzimləmələr edilməlidir.
Hovuzlarda rezervaziya dövrü
- Restoranlarda və otel lobbilərində məhdud sayda müştəri olmalıdır.
- Otellərdəki restoran bölməsi və hovuz rezervasiya ilə xidmət etməlidir. Eyni vaxtda çox sayda insan hovuza girməyinə qarşı tədbirlər görülməlidir.
- Turizmdə nəqliyyatının əsas hissəsini təşkil edən təyyarələrin havalandırma sistemləri gücləndirilməlidir.
Hava limanında minimum hərəkət
- Təyyarə biletləri alarkən, qeydiyyatdan və uçuşda fiziki əməliyyatlar əvəzinə elektron əməliyyatlara üstünlük verilməlidir.
- Kabinə daha az yük alınmalıdır.
- Ekipaj və sərnişinlər arasında əlaqə minimuma endirilməlidir.
- Xüsusilə izdihamlı uçuşlarda ekipaj və sərnişinlər maskalar kimi qoruyucu vasitələrlə təmin edilməlidir.