Yanvar-oktyabr aylarında turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əksəriyyəti bütün xidmətləri qənaətbəxş hesab edənlərdir.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Məlumata görə həmin şəxslərin sayı 1 milyon 018,7 min nəfərdir.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 255,9 min nəfər və ya 33,5% çoxdur.
2022-ci ilin on ayında bütün xidmətləri qənaətbəxş hesab edənlərin sayı 762,8 min nəfər olub.
Göstərilmiş xidmətləri qənaətbəxş hesab etməyənlərin sayı isə 150,4 min nəfər olub ki, bu göstərici də illik müqayisədə 27 min nəfər və ya 21,9% çoxdur.
Ötən ilin eyni dövründə xidmətlərdən narazı olanların sayı 123,4 min nəfər olub.