Novruz bayramı günlərində Azərbaycana daha çox turistin gələcəyi gözlənilir. Ölkəmizə gələn turistlər yalnız hotellərdə qalmırlar. Onlar Azərbaycana gəldikləri zaman evlər də kirayələyirlər.
Şuşa hotelləri ötən ili 2,5 milyon manatlıq - ZƏRƏRLƏ BAŞA VURUB
Bəs bayram günlərində Azərbaycana turistlərin gəlməsi kirayə mənzil bazarında qiymətlərə necə təsir edəcək?
FED.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, artıq müəyyən qədər bahalaşma müşahidə olunur.
"Belə ki, paytaxtın mərkəzində və mərkəzə yaxın gündəlik kirayə evlərin qiymətlərində artım müşahidə olunur. Bunun da əsas səbəblərindən biri bayramda gələn turistlərin əksəriyyətinin daha çox günlük kirayə məqsədləri üçün istifadə olunan mənzillərə üstünlük vermələridir. Bayram günləri yaxınlaşdıqca qiymətlərin daha da artacağı gözlənilir. Qiymət artmı təxminən 10-15% civarındadır".
Ekspert qeyd edib ki, rayonlarda bayram günlərində qiymətlərin bahalaşması gözlənilir.
"Qeyri-mövsümi aylarda rayonlarda kirayə qiymətləri çox aşağı olur. Əsasən, qiymətlər İsmayıllı, Şamaxı, Qəbələ-Şəki, Quba-Qusar və Lənkəran rayonlarında artacağı gözlənilir. Səbəb isə bayramda bu rayonlara turistlərin daha çox axınıdır", - deyə o vurğulayıb. (Trend)