Naftalana gələn turistlərin sayı ildən-ilə artır. Belə ki, ilin 11 ayında şəhərə 34515 nəfər turist gəlmişdir. Onların 11 min 67 nəfəri xarici turistlərdir. Bu da əvvəlki illə müqayisədə 34 faiz artım deməkdir.
Eləcə də bax: Azərbaycandakı villaların fantastik - YENİ İL QİYMƏTLƏRİ
Dünya standartlarına cavab verən "Çinar”, "Qaşaltı”, "Qarabağ” istirahət və sağlamlıq mərkəzlərinə gələnlərin sayı bundan da çox - son 5 ildə 6 dəfə artmışdır. Bu mərkəzlərə Rusiya Federasiyasından, Özbəkistandan, Türkmənistandan, Qazaxıstandan, Qırğızıstandan, Ukraynadan, Latviyadan, hətta Almaniyadan, Türkiyədən, Kanadadan, İsraildən, Polşadan, Fransadan, İspaniyadan, İtaliyadan, Yaponiyadan, Çindən, Birləşmiş Ərəb Əmirliklərindən gələnlər üstünlük təşkil edir.