Yeni il yaxınlaşdıqca, bayramı evdən kənarda keçirmək istəyənlər bunun üçün variantlar axtarırlar. FED.az bildirir ki, otel və istirahət mərkəzləri ilə yanaşı, nisbətən uyğun variant olaraq kənd evləri və villalar da istifadə edilir. Amma müşahidələr göstərir ki, villaların qiymətləri bəzən otellərdən geri qalmır.
FED.az Azərbaycanın bölgələrində 4 nəfərlik ailə üçüq 3 gecəlik (dekabrın 30-dan yanvarın 2-dək) villa qiymətlərini araşdırıb. Burada qiymətlər 1680-1250 manat aralıığında dəyişir və müəyyən xidmətlər təklif edir.
“Brabus Villa” - “Brabus Villa” Flame Towersdən 3,5 km məsafədə, Badamdar qəsəbəsində yerləşir. Villada 4 yataq otağı və qonaq otağı, televizor, kondisoner, sauna var. Villanın həmçinin baxça mənzərəsi də var. Burada pulsuz park,wifi, hava limanı servisi , ailə otaqları var. Villaya heyvanın gətirilməsinə icazə var. Ismailiyya sarayı villadan 4 km uzaqlıqda yerləşir. Villa Bakı şəhəri Badamdar şosesində yerləşir. Bütün bunlar 4 nəfər, 3 gün üçün 1 680 manat qiymətindədir.
“Guba Family Villa” – Villa Qubada yerləşir. Bu villada baxça mənzərəsi, pulsuz wifi , TV, 3 yataq otağı var. Həmçinin villada pulsuz parkinqdə mövcuddur.Burada 4 nəfər , 3 gün üçün qiymət 1 650 manatdır.
“al-Jabal” – Ərəb turistləri cəlb etmək üçün ərəb adı verilmiş villa Quba-İsmayıllı yolundakı Vəndam kəndində yerləşir. Villada televizor olan qonaq otağı, mətbəx var. Bundan əlavə, villanın həyətində hovuz da var. Həmçinin villada pulsuz wifida mövcuddur. Burada 3 günlük gecələmək üçün qiymət 1 650 manatdır.
“Villa in Shuvalan” - Şüvəlanda yerləşən villa xüsusi olaraq hovuz və qaraj təklif edir. Villada 7 yataq otağı, 2 hamam var. Villanın baxçası da var, həmçinin burada manqalda etmək olar. Bundan əlavə yaxın ərazilərdə balıq da tuta bilərlər. Bu villada 3 gecə qalmaq üçün qiymət 1 600 manatdır.
“Umid Villa 2” – Bu villada 6 yataq otağı, 3 hamam otağı, hovuz var. Bu villada maşın icarəsi də mövcuddur. Bura pulsuz wifi, çatdırılma servisi və bilet servisi təklif edir. Villada hətr gün səhər yeməyi verilir.Villa Bakıda yerləşir Alov Qüllələrindən 2,3 km uzaqlıqdadır. Burada qiymət 1 550 manatdır.
“Viila on Fatali Khan” – Bu villa Qəbələdə yerləşir. Burada yerləşən evlərin hamsında düz ekran televizor və DVD player ilə qonaq otaqları var. Bəzilərinin yemək sahələri və / və ya balkon var. Hər evdə qabyuyan maşın və soba ilə təchiz olunmuş bir mətbəx var. Soyuducu və elektrik çaydan da təmin edilir. Bura ən yaxın hava limanı Qəbələ Beynəlxalq hava limanı villadan 361 km uzaqlıqdadır. Bu villada qiymət 1 500 mantdır.
“Qafqa Kinq Suit” – Bu villa şəhərin mərkəzində yeləşir və dağ mənzərəsinə malikdir. Burada qonaqların istirahət etməsi üçün bağ, əlavə olaraq manqalda mövcuddur. Bu villa pulsz wifi, hava limanı servisi təklif edir. Burada qiymət 1 497 manatdır.
“Almond Luxury” - Bakıda yerləşən bu villa pulsuz WiFi və manqal da təklif edir. Burada televizorlu qonaq otağı, kondisoner və mətbəx var. Qonaqlar bağda və ya paylaşılan salonda istirahət edə bilərlər. Flame Towers, Almond Luxury'dan 3.6 km, Ismailiyye Sarayı ise 3.9 km uzaklıktadır. Burada 3 gün üçün qiymət 1 350 manatdır.
“Awosome stay” – Bu villa Bakıda Badamdar şosesində yerləşir. Bura Flame Towers -dan 3,9 km-dir. Villa pulsuz WiFi və bağ təklif edir.Burada 5 yataq otağı, tam təchiz olunmuş mətbəx və duşlu vanna otağı var. Düz ekran televiziya da var. Həmçinin, İsmayıllı Sarayı, villadan 4,1 km, Təzə Pir Məscidi isə 5 km məsafədədir. Bunlar üçün qiymət 1 347 manat təşkil edir.
“Villa Shams” - Bakıda yerləşir.Bu villada bir oturma otağı, TV və tam təchiz olunmuş mətbəx mövcuddur. Qayıq və balıqçılıq üçün imkanlar yaxınlıqda mövcuddur. Burada qiymət 1 250 manatdır.