“İstanbul-İrəvan aviareysi yaxın günlərdə başlayacaq”.
Eləcə də bax: Mövlud Çavuşoğlu: “Ermənistanla çarter reysləri bərpa ediləcək”
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib.
“Bəzi şirkətlərin İstanbul-İrəvan aviareysi üçün sorğuları olub. Bunları dəyərləndiririk. Bəzi şirkətlər yaxın günlərdə uçuşlara başlayacaq. Bütün bu qərarları verərkən can Azərbaycan ilə müzakirələrimizi davam etdiririk”, - nazir vurğulayıb.
XİN başçısı vurğulayıb ki, Türkiyə və Ermənistan birbaşa təmasların başlanması üçün qarşılıqlı şəkildə xüsusi nümayəndələr təyin edib: “Onlar ən qısa vaxtda görüşəcəklər”.