Bir müddət əvvəl Rusiya və Azərbaycan arasında aviareyslərə məhdudiyyətlər tətbiq edilsə də, bu tədbirlər yavaş-yavaş aradan qalxmaq üzrədir.
Eləcə də bax: Rusiyadan Azərbaycana uçuşlar başlayır - RUS TƏYYARƏLƏRİ İLƏ – BİLETLƏRİN QİYMƏTİ
FED.az xəbər verir ki, mövzu ilə bağlı Xəzər TV süjet hazırlayıb.
Qeyd edilib ki, artıq Moskva-Bakı və əks istiqamətdə aviareyslərin sayı artırılıb.
Buna baxmayaraq, bilet qiymətləri hələ də əl yandırır. Ötən ayla müqayisədə qiymətlər ən azı dörd dəfə bahadır.
Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, müharibə, uçuşlara qoyulan məhdudiyyətlər və bayramla bağlı səfər edənlərin sayının çoxluğu 1 ay əvvəllə müqayisədə bilet qiymətlərinin dörd dəfə bahalaşmasına səbəb olub. Əvvəllər 250-350 manat arasında dəyişən bilet qiymətləri indi bir tərəf üçün 1000 manatı keçib. Bununla belə, bilet tapmaq da müşkülə çevrilib.
Ekspert deyir ki, sərnişinlər birbaşa uçuşlarla yanaşı, Bakıya gəlmək üçün üç alternativ yoldan da istifadə edə bilərlər. Türkiyədən tranzit keçməklə Azərbaycana gəlmək baha olsa da, Dubay üzərindən nisbətən ucuz başa gəlir.
Bununla belə, Qazaxstan üzərindən, Almatıdan tranzit keçməklə də Rusiyaya getmək və ya Bakıya gəlmək mümkündür. Bu istiqamət üzrə isə qiymətlər 1000 manat ətrafında dəyişir.
Daha ətraflı süjetdə: