Rusiyanın «Aeroflot» aviaşirkəti Azərbaycana və Ermənistana uçuşların başladığın açıqlayıb.
FED.az xəbər verir ki, «Aeroflot»un təyyarələri Bakıya həftədə bir dəfə uçacaq. İlk uçuş martın 21-də baş tutacaq. Moskvanın Şeremetyevo aeroportundan yerli vaxtla saat 11-də çıxan təyyarə Bakıya 15-40-da çatacaq. 16-40-da isə geriyə istiqamət götürəcək.
Qeyd edək ki, Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindəqn beynəlxaq təyyarə istehsalçıları olan şirkətlər bu ölkəyə yeni təyyarə və onun ehtiyat hissələrini göndərməkdən imtina ediblər. Ona görə də «Aeroflot»un Bakıya uçuşları «Boinq» və ya «Aerobus»larla deyil, Rusiya istehsalı olan «Sukhoi SuperJet 100» təyyarələri ilə həyata keçiriləcək.
Biletlər artıq satışdadır, martın 21-ə «ekonom klass»da yer qalmadığına görə «biznes klass»da bir tərəfə uçuşan qiyməti 700-800 dollar arasında dəyişir.
Aprelin əvvəlinə olan uçuşlarda Moskvadan Bakıya və əks istiqamətdə uçuş biletləri ekonom klas üçün 34-39 min rubl arasında dəyişir. Rusiya Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnələrə əsasən 320-360 dollar arasındadır.