Moskvanın Valovaya küçəsində “Turkish Airlines” aviaşirkətinin ofisi qarşısında böyük növbə düzülüb.
Eləcə də bax: "Türk Hava Yolları" Rusiyaya uçuşları - Dayandırdı
FED.az Banker.az-a istinadən xəbər verir ki, insanlar biletlərini dəyişdirmək və ya qaytarmaq üçün bir neçə saat növbədə dayanırlar. Xatırladaq ki, aprelin 15-dən iyunun 1-dək Rusiya və Türkiyə arasında uçuşlar dayandırılıb.
Türkiyə və Tanzaniya ilə uçuşların məhdudlaşdırılmasına səbəb koronavirusa yoluxanların sayının atması olub. “Rospotrebnadzor” həmçinin xaricdən giriş qaydalarını da sərtləşdirib. İndi koronavirus testini təkcə təyyarə ilə deyil, istənilən nəqliyyat növü ilə gələnlər verməlidirlər.
“Rosturizm” bu yaxınlarda koronavirusdan təsirlənmiş insanlar üçün qaynar xətt işə salıb. Agentlik turoperatorları vətəndaşlara maksimum yardım göstərməyə çağırıb və Türkiyəyə olan biletləri Rusiya ərazisində gəzintiyə dəyişdirilə biləcəyini bildirib.