Hacıqabulda informasiya mərkəzi yaradılır.
Kənan Quluzadə: "Xınalıqda evlərin bərpası zamanı prosesə yerli sakinlər cəlb edilib"
FED.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə "Xınalıq UNESCO-da 1 il" mövzusunda təşkil olunmuş mediatur zamanı məlumat verib.
O öz çıxışında qeyd edib ki, "Köç yolu Xınalıqdan başlayır və Hacıqabula qədər gedir. Təxminən 220 km-dir, 6 rayonun ərazisindən keçir. Artıq planlarımız var. Biz artıq Hacıqabulda da informasiya mərkəzi yaradırıq ki, tam olaraq yolu qapayaq, köç yolunu qapayaq . Burda da əsas məqsədimiz odur ki, burda 1200-ə yaxın insan yaşayır. Bu günlərdə burada köç başlayıb və köçdə təxminən 500 kənd sakini iştirak edir. Yəni 500 insan 220 km aşağı düşür, 700 nəfər, daha çox uşaqlar, yaşlılar qalırlar burda. Gənclər, yəni iş qüvvəsi olanlar, iş bazarı olanlar köçlə gedirlər Hacıqabul tərəfə. Bizim əsas məqsədimiz odur ki, burda yaşayanların məişətlərini yaşayış-tərzlərini qoruyub saxlayaq, kənddə insanlar yaşasınlar, çünki kəndin əsas dəyəri məhz insanlardır".