Xınalıqda evlərin bərpası zamanı prosesə yerli sakinlər cəlb edilib və onlara ödənişlər olunub.
"Xınalıq və Köç Yolu" qoruğunun təmir-bərpa xərcləri 50% artıb"
FED.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə "Xınalıq UNESCO-da 1 il" mövzusunda təşkil olunmuş mediatur zamanı məlumat verib.
Kənan Quluzadə vurğulayıb ki, "İnsanların burada yaşamağı üçün əsas faktor yaşayış yerlərinin qaydasında olması və məişətlərini düzəltməkdir, ən əsası iş yerləri ilə təmin edilməsidir".
"Bizim burada aparılan işlərə fəlsəfi yanaşmamız ondan ibarət olub ki, biz bu kəndin bərpa-təmirini hansısa belə deyək də, kənar qüvvə ilə eləmirik, məhz icma ilə bir yerdə edirik. Kəndi tikib quranlar Xınalığın sakinləridir və bir çox evlərin təmirində iştirak edib, hərə öz evini təmir və bərpa edib və buna görə də bizim tərəfimizdən onlara işçi qüvvəsi kimi ödənişlər edilib. Əslində kənddə, kənd əhalisi üçün bu iş yerləridir, bu sosial rifahların, iqtisadi rifahların və sair yüksəlməsi deməkdir" - deyə sədrin müşaviri əlavə edib.