Azərbaycana 2024-cü ildə 2 milyon 400 min nəfər turist gəlib.
Kənan Quluzadə: “Azərbaycana gələn turistlərin sayı 3 milyona çatacaq”
FED.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən 2024-cü ilin turizm yekunlarına və qış mövsümünün açılışına həsr olunmuş mətbuat konfransında məlumat verib.
"Azərbaycana gələn əcnəblərin təxminən 57%-i Rusiya, Türkiyə, Gürcüstan və İrandan gələn xarici vətəndaşlarıdır ki, bu da bizim yaxın qonşularımızdan olan qonaqlarımızdır. Ən böyük artım ilk üçlükdə götürsək Hindistan istiqamətindəndir ki, Hindistan bazarı bu il Azərbaycan turizmi üçün daha geniş açılıb və biz bunu gizlətmədən də sevinərək də deyirik ki, bu, məhz Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun birgə fəliyyəti nəticəsində və əlbəttə ki, Azərbaycanın digər dövlət strukturlarının, Azərbaycan Hava Yollarının və s. birgə fəliyyəti nəticəsində baş verib" - deyə o qeyd edib.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Hindistandan Azərbaycana 214 669 nəfər səfər edib. Bu isə əvvəllki illə müqayisədə 115% artım deməkdir.