Kanadaya müvəqqəti işləməyə və ya təhsil almağa gələnlərin bir hissəsi geri qayıtmar və bir neçə ildən sonra burada daimi yaşayıb işləməyə başlayırlar.
Kanadaya köçənlərin sayı rekord vurdu – 1946-CI İLDƏN BƏRİ ƏN YÜKSƏK AXIN
FED.az xəbər verir ki, bu Kanada Statistika idarəsinin məlumatlarından məlum olur.
Ölkəyə miqrasiya ilə bağlı maraqlı məqamları açıqlayan İdarə bildirir ki, 2010-cu illərdə Kanadada ümumi işçi qüvvəsinin artımınn 84%-i, yüksək və orta səviyyəli mütəxəssislərin artımının isə 55%-i xaricdən gələnlərin hesabına təmin edilib. Xaricdən gələn işçilər Kanadalı işçilərin azalmasını da kompensasiya edirlər.
2010-cu ildən sonra ölkəyə yeni gələn miqrantların işçi kimi sayı ən çox nəqliyyat və anbar təsərrüfatı, peşəkar xidmətlər, otel və kafe-restoranlarda artıb.
2021-ci ildə Kanadada işləyənlərin 8%-ni burada 10 il və daha az müddətdə yaşayanlar təşkil edib.
Kanadada müvəqqəti işləyənlərin də sayı sürətlə artmaqdadır. 2000-ci ildə burada 111 min müvəqqəti işləyən vardısa, 2021-ci ildə onların sayı 777 min nəfəri keçib.
Kanadaya 2000-ci illərin sonu, 2010-cu illərin əvvəllərində gələn müvəqqəti işçilərin 25%-i ilk iş icazəsi alandan cəmi 5 il sonra burada daimi işləyib-yaşamağa başlayıb. Maraqlıdır ki, müvəqqəti işləyənlər arasında aşağı səviyyəli mütəxəssislər daha tez daimi işə keçiblər, nəinki yüksək səviyyəli mütəxəssislər.
Kanadaya 2000-ci illərin sonu, 2010-cu illərin əvvəlində oxumağa gələn xarici tələbələrdən hər 3-dən 1-i sonrakı 10 ildə Kanada vətədaşlığı ala bilib.