Banner
Banner
Fed.az
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Turizm

  1. Ana səhifə
  2. Turizm
  1. Turizm

“İvanovka”, yoxsa “Süd məhsulları” turu? - Turizmin Bələdçi Problemi

“İvanovka”, yoxsa “Süd məhsulları” turu? - Turizmin Bələdçi Problemi | FED.az
12:32 21 May 2022

Bələdçilər getdikləri məkanın tarixini, mədəniyyətini, adət-ənənəsini, təbiətini, o cümlədən turistlərlə ünsiyyət qurduğu dili mükəmməl bilməlidirlər. Bu baxımdan, onlara yalnız kitab və ya internet bilikləri kifayət etmir.

Eləcə də bax: Azərbaycana turist axını başlayır - İKİQAT ARTIM – HƏFTƏDƏ 70 REYS

Tez-tez yerli turizm şirkətlərinin ölkəmizin müxtəlif bölgələrinə tur elanları ilə qarşılaşmaq olur. “Laləlik turu”, “Qızılgül turu”, “Lavanda turu” və s. kimi cəlbedici adlar da düşünülür.

Ötən həftə “Nərimanov” metrostansiyası yaxınlığından yola çıxan turistlər də turizm şirkətlərindən birinin elan etdiyi “İvanovka-Laləlik turu”na qoşuldular. Avtobus karvanında yerli sakinlərlə yanaşı xarici ölkələrdən olan turistlərin də olması heç şübhəsiz bölgələrimizə maraqdan xəbər verirdi.

Səyahət həvəskarları avtobuslarda tur bələdçilərinin və ya tur rəhbərlərinin fəaliyyətinə yaxşı bələddirlər. Bu baxımdan, onlar üçün xidmətin keyfiyyəti ilə bağlı müqayisə aparmaq çətin deyil. 

Bələdçi (tur rəhbərləri, turizm təlimatçısı və s.) ekskursiyanın (proqramın) əsasını təşkil edir. Turda olan hər bir insan məlumat axtarır, lakin tarixlərin, rəqəmlərin və faktların axını ilə yanaşı, müsbət emosiyalar almaq, bir az əylənmək və tətilini şaxələndirmək istəyir. Bələdçilər “bələdçilik etdiyi” məkanın tarixini, mədəniyyətini, adət-ənənəsini, təbiətini, o cümlədən turistlərlə ünsiyyət qurduğu dili mükəmməl bilməlidirlər. Bu baxımdan onlara yalnız kitab və ya internet bilikləri kifayət etmir. “Yaxşı bələdçi “universal əsgər”dir” deyimi də bu baxımdan formalaşıb.

Təəssüf ki, “Necə yaxşı bələdçi olmaq olar?” sualı bizim bir çox turizm şirkətləri tərəfindən təşkil edilən daxili turlara çıxanlar üçün hələ də cavabsızdır.

Ötən həftə iştirakçısı olduğum “İvanovka-Laləlik turu” zamanı marşrutun adının dəyişdirilməsi, yol boyu sanitar qovşaqların yararsız və natəmiz olması, turistlər üçün zəruri vasitələrin yoxluğu və s. kimi hallarla rastlaşdıq. Bütün bunlar turizm xidməti sahəsində hələ çox işlərin görülməsinə ehtiyac olduğunu göstərdi. Havanın yağışlı olması bu sferadakı çatışmazlıqları daha qabarıq üzə çıxardı.

Turistlər “İvanovka turu”na çıxsalar da, yolda avtobus onların rəyləri soruşulmadan “Lahıc”a tərəf yol aldı. Tur yalnız öz adət-ənənəsi ilə fərqlənən molokanların təsərrüfatı, həyat tərzləri ilə tanışlıq, həmçinin laləlik sahələr üçün nəzərdə tutulsa da, sonda avtobus İvanovkaya yalnız Matveyin və Kolyanın evlərində turistlərə təklif etdikləri süd məhsullarını almaqdan ötrü məşhur kəndə yola düşdü. Nəticədə, turistlər İvanovkada maksimum 30 dəqiqə vaxt keçirdilər. Tura çıxanların narazı qaldıqları digər məqam isə səfər etdikləri bölgələrdə onlara yerli mətbəxin təamlarının deyil, yalnız kabab çeşidlərinin təklif edilməsi ilə bağlı oldu.

Təbii ki, səfər boyu ən böyük giley avtobusda proqramı yalnız oyunlar üzərində quran, gəzilən ərazilər haqqında turistlərə heç bir məlumat verməyən və bəlkə, özü də məlumatsız olan tur rəhbərinin (bələdçinin) ünvanına idi...

Bələdçinin “nabələdliyi” bizim də diqqətimizi bu mövzuya çəkdi.

Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda sertifikatlı və sertifikatsız 300-ə yaxın turizm bələdçisi var. Ölkəmizdə bələdçilərin və ekskursiya rəhbərlərinin sertifikatlaşdırılması orqanı da yaradılıb.

FED.az bildirir ki, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) sədri Tural Musayevin sözlərinə görə, 2017-ci ildən ölkəmizdə istənilən şəxs turizm bələdçisi kimi işləyə bilir:

“Bu isə turistlərə göstərilən xidmətin keyfiyyətini aşağı salır. Turizm bələdçiləri üçün vacib amildir ki, getdikləri obyektlər haqqında turistlərə məlumat versinlər. Sertifikatlaşdırma zamanı bələdçilərin həm nəzəri, həm də təcrübi tərəfləri yoxlanılır. Xidmət göstərən şirkətlərin də üzərinə məsuliyyət düşür ki, hər hansı səfərə dəvət edərkən bələdçilərin lisenziyasını yoxlasınlar. Çoxları bələdçi kimi fəaliyyət göstərmək üçün sadəcə “voen” açır və bu kifayət edir ki, bu işlə məşğul olsunlar. Ancaq nəzərə almaq lazımdır ki, müştəri narazı qalanda növbəti dəfə həmin xidmətdən istifadə etməyəcək. Nəticədə turizm şirkəti öz müştərisini itirəcək”.

Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov isə problemin həllini Turizm Reyestrinin hazırlanma prosesinin başa çatacağı günlə bağlayır:

“Fikrimcə, ondan sonra bu kimi halların qarşısı alınacaq. Bizdə peşəkar bələdçilər də var. Amma ümumilikdə, bələdçi və tur rəhbərlərinin fəaliyyəti qənaətbəxş deyil. Turist marşrutunun qrup rəhbəri mütləq turistlərə getdikləri yer haqda məlumat verməli, onların vaxtlarının yaddaqalan keçməsinə çalışmalıdır. Xüsusən, avtobusda əcnəbi turist varsa, bu işə daha məsuliyyətlə yanaşmaq lazımdır. Bələdçinin təşkilati keyfiyyətləri əsasdır və bu, demək olar ki, turun uğurunu müəyyənləşdirir”.

M.Ağakişiyev hesab edir ki, Turizm Reyestri işlək olandan sonra turizm şirkətləri də saf-çürük olunacaq və peşəkar olmayanların fəaliyyətinə xitam veriləcək.  

Turizmçi Göydəniz Qəhrəmanov bildirir ki, bələdçi olmaq üçün kurslar keçmək, sertifikat almaq lazımdır:

“Müşahidə olunur ki, xarici dili bilənlər və ya tarix haqqında bir az məlumatı olanlar bələdçi rolunda çıxış edirlər. Amma belə olmamalıdır. Məsələn, Bələdçilər Assosiasiyası peşəkar səviyyədə bələdçilər hazırlayır, onların protokolları var. Turizm şirkətləri də belə turlar hazırlayırlarsa, yaxşı olardı ki, məhz sertifikatlı bələdçilərlə işləsinlər. Bu, həm turun peşəkar səviyyədə icrasına səbəb olacaq, həm də turizm şirkətinin imicinə xeyir gətirəcək”. 

Turizmçi Rəhman Quliyevin fikrincə, turizm bələdçisi tarixi, coğrafiyanı əla bilməlidir:

“Təəssüf ki, bizim bələdçilərdə bu xüsusiyyətlərə rast gəlinmir. Bu məsələnin həllini nə vaxt tapacağını demək də çətindir. Hesab edirəm ki, tur rəhbərinin avtobusda yalnız oyunlar keçirməsi, turistlərə suallar ünvanlaması boşluğu doldurmaq üçündür. Məsələn, bələdçi Qobustan haqqında dərin bilgiyə malik deyilsə, yol boyu vaxtı doldurmaq üçün oyunlara üstünlük verəcək. Şamaxı, Quba haqqında məlumatı yoxdursa, onda əyləncəli suallarla baş qatacaq. Bütün bunlar tura qoşulan yaşlı nəslin nümayəndələrinə maraqsız ola bilər. Xüsusən, turda əcnəbilər də varsa, onlara bölgələr haqqında ətraflı məlumat verilməlidir”.

Məsələyə “Müştəri həmişə haqlıdır” prizmasından yanaşsaq, turizm şirkətləri daxili turları təkcə pul qazanmaq üçün deyil, daha çox ölkə turizmini yaxşı tanıtmaq və müştəri məmnuniyyəti üçün təşkil etməlidirlər. (Kaspi.az)

Banner
Banner
  • İvanovka
  • Turizm Assosiasiyası
  • Müzəffər Ağakərimov
  • turizm şirkətləri
  • ekskursiya
  • Süd məhsulları
  • tur
  • Turizm
  • Bələdçi
  • Problem
  • tur rəhbərləri
  • turizm təlimatçısı
Paylaş

Digər xəbərlər

Bakıdan Avropaya uçuş cəmi 120 avro - YENİ TƏYYARƏ REYSİ AÇILDI
Turizm 30 Sen 2023
Bakıdan Avropaya uçuş cəmi 120 avro - YENİ TƏYYARƏ REYSİ AÇILDI
AZAL və turizm agentlikləri aviasiya və turizm sektorlarının inkişafını - MÜZAKİRƏ EDİB
Turizm 29 Sen 2023
AZAL və turizm agentlikləri aviasiya və turizm sektorlarının inkişafını - MÜZAKİRƏ EDİB
Ukrayna vətəndaşları Rusiyaya - VİZASIZ GEDƏ BİLƏCƏK
Turizm 29 Sen 2023
Ukrayna vətəndaşları Rusiyaya - VİZASIZ GEDƏ BİLƏCƏK
AZAL Turizm Günü münasibətilə - 29% ENDİRİM ELAN EDİB
Turizm 28 Sen 2023
AZAL Turizm Günü münasibətilə - 29% ENDİRİM ELAN EDİB
"Azərbaycan 2024-cü ildə ölkəyə turist axının 20% artımını gözləyir"
Turizm 27 Sen 2023
"Azərbaycan 2024-cü ildə ölkəyə turist axının 20% artımını gözləyir"
Türkiyəyə 8 ayda səfər edənlərin - 2%-i Azərbaycan Vətəndaşları Olub
Turizm 27 Sen 2023
Türkiyəyə 8 ayda səfər edənlərin - 2%-i Azərbaycan Vətəndaşları Olub
Şamaxıda keçiriləcək Üzüm və Şərab Festivalı - TƏXİRƏ SALINDI
Turizm 23 Sen 2023
Şamaxıda keçiriləcək Üzüm və Şərab Festivalı - TƏXİRƏ SALINDI
Türkiyə 8 ayda 37 milyon nəfərə yaxın turist - QƏBUL EDİB
Turizm 22 Sen 2023
Türkiyə 8 ayda 37 milyon nəfərə yaxın turist - QƏBUL EDİB
Azərbaycanda hotelçilik şirkətinin - RƏHBƏRİ DƏYİŞİB
Turizm 22 Sen 2023
Azərbaycanda hotelçilik şirkətinin - RƏHBƏRİ DƏYİŞİB
Azərbaycana turist axını - 34% ARTIB
Turizm 22 Sen 2023
Azərbaycana turist axını - 34% ARTIB
Xaricə səfər edən Azərbaycan vətəndaşlarının - 44 FAİZİ TÜRKİYƏYƏ GEDİB
Turizm 22 Sen 2023
Xaricə səfər edən Azərbaycan vətəndaşlarının - 44 FAİZİ TÜRKİYƏYƏ GEDİB
Azərbaycanda xaricə ucuz aviabiletlərin - SATIŞI BAŞLADI - VİDEO
Turizm 16 Sen 2023
Azərbaycanda xaricə ucuz aviabiletlərin - SATIŞI BAŞLADI - VİDEO
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • "SAB" qanvermə aksiyası keçirib - FOTOLAR
    09:24 1 Okt 2023
  • Amerika birjaları – Həftənin yekunu (25-29 sentyabr, 2023)
    09:18 1 Okt 2023
  • Bu şirkətlər işçilər axtarır - MAAŞ 400-500-700-800-1000-1200-1400-1500-2000 MANAT - 37 VAKANSİYA
    21:47 30 Sen 2023
  • Elektrikli avtomobillər doğrudanmı göstərilən qədər yol gedir? - MARKALAR, SİYAHI – ARASDIRMA
    20:49 30 Sen 2023
  • Ermənistan ərazisindən snayper atəşi nəticəsində - HƏRBÇİMİZ ŞƏHİD OLDU
    20:03 30 Sen 2023
  • Bakıdan Avropaya uçuş cəmi 120 avro - YENİ TƏYYARƏ REYSİ AÇILDI
    16:46 30 Sen 2023
  • Qondarma qurumun "xarici işlər" və "müdafiə nazirlər"i də həbs olundu - RƏSMI
    16:35 30 Sen 2023
  • Çökmə olan univermaqda söküntü aparılır - FOTO
    14:06 30 Sen 2023
  • Zəngilanın Alıbəyli kəndində 2568 sakin üçün - 498 HƏYƏT EVİ TİKİLƏCƏK
    13:55 30 Sen 2023
  • Şirvanda təmir işləri ilə bağlı tenderə - YEKUN VURULDU
    13:51 30 Sen 2023
  • Dövlət Agentliyi daha on yeddi tenderə - YEKUN VURDU - QALİBLƏR
    13:33 30 Sen 2023
  • Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətindən – BÖYÜK TENDER ELANI
    13:30 30 Sen 2023
  • Azərbaycan BMT-nin Məskunlaşma Proqramına vəsait ayırıb - SƏRƏNCAM
    13:25 30 Sen 2023
  • Nazir: "Bakı bulvarının ərazisi 2040-cı ilə qədər uzadılacaq"
    13:16 30 Sen 2023
  • Dövlət qurumundan “HN Medical” MMC-yə - 600 MİNLİK SİFARİŞ
    13:11 30 Sen 2023
  • İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini - QƏBUL EDİB
    13:08 30 Sen 2023
  • Dövlət qurumu 875 min manatlıq tenderə - YEKUN VURDU
    13:05 30 Sen 2023
  • Şuşada ilk yaşayış kompleksi bu ilin sonunda - HAZIR OLACAQ
    13:01 30 Sen 2023
  • Aydın Kərimov: "Bu il Şuşada 17 binadan ibarət yaşayış kompleksinin tikintisinə başlanılacaq"
    12:54 30 Sen 2023
  • Dövlət qurumundan “Caspian Equipment” QSC-yə - 2,7 MİLYON MANATLIQ SİFARİŞ
    12:36 30 Sen 2023
  • Manqalların əfsanəsi – KABABLIQ GƏLDİ! - VİDEO
    12:32 30 Sen 2023
  •  "Qismət-M House” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    12:29 30 Sen 2023
  • Dövlət qurumu 2 ədəd lokomotivin alınmasına - 1,2 MİLYON MANAT XƏRCLƏYƏCƏK
    12:25 30 Sen 2023
  • 1,6 milyon manatlıq tenderin qalibi - BU ŞİRKƏT OLDU
    12:23 30 Sen 2023
  • İlk səkkiz ayda meşə fındığından gəlirlər 68,1 milyon dollar olub - GƏLİRLƏR 12% ARTIB
    12:19 30 Sen 2023
  • Bazar gününün - HAVA PROQNOZU
    12:19 30 Sen 2023
  • Azərbaycan pambıq mahlıcı ixracından gəlirlərini 72%-ə artırıb
    12:11 30 Sen 2023
  • “Koneks Construction” MMC daha - İKİ TENDERİ UDDU
    12:10 30 Sen 2023
  • Dövlət qurumu elektronik avadanlıqlar alınması ilə bağlı tenderə - YEKUN VURDU
    12:08 30 Sen 2023
  • Azərbaycanın qızıl ixracından gəlirləri 7 dəfə artıb
    12:07 30 Sen 2023
  • Dövlət qurumu əsaslı təmir ilə bağlı tenderin nəticələrini - AÇIQLADI
    12:03 30 Sen 2023
  • Pomidor ixracından gələn gəlirlər 7%-dən çox azalıb
    12:01 30 Sen 2023
  • Dolu düşəcək, leysan, qar yağacaq - XƏBƏRDARLIQ
    11:59 30 Sen 2023
  • Kartof ixracından gəlirlər 12%-dək aşağı düşüb
    11:57 30 Sen 2023
  • Şuşada bu ilin sonunda - BUTİK HOTEL TİKİLƏCƏK
    11:53 30 Sen 2023
  • Azərbaycan albalı və gilas ixracından gəlirlərini 7%-dən çox artırıb
    11:48 30 Sen 2023
  • İlk səkkiz ayda şaftalı ixracından gəlirlər 45 dollar manat olub - GƏLİRLƏR 57% ARTIB
    11:43 30 Sen 2023
  • Dövlət qurumunun 173 minlik tenderi - BU ŞİRKƏTƏ VERİLDİ
    11:37 30 Sen 2023
  • Cəbrayılda tikilən yaşayış kompleksi - 33 BİNADAN İBARƏT OLACAQ
    11:33 30 Sen 2023
  • Yardımlıda yolların təmiri “Pro Təmir Tikinti” MM-yə - HƏVALƏ EDİLDİ
    11:29 30 Sen 2023
  • Azərbaycanın karbamid ixracından gəlirləri 3 dəfədən çox artıb
    11:26 30 Sen 2023
  • Dövlət qurumu tibbi avadanlıqlara 744 min manat - XƏRC ÇƏKƏCƏK
    11:26 30 Sen 2023
  • Ötən ay 6,1 milyon dollarlıq meşə fındığı ixrac olunub - GƏLİRLƏR KƏSKİN ARTIB
    11:21 30 Sen 2023
  • Dövlət Sərhəd xidmətindən 749 min manatlıq sifariş - TENDER NƏTİCƏSİ
    11:16 30 Sen 2023
  • İlkin formalı poliropilen ixrac gəlirləri 46%-dək artıb
    11:15 30 Sen 2023
  • Dövlət qurumundan - “Vitam” MMC-yə 171 MİNLİK SİFARİŞ
    11:09 30 Sen 2023
  • Azərbaycan ötən ay şaftalı ixracından gəlirini 42-dək% artırıb
    11:05 30 Sen 2023
  • Gələn həftə tıxacda qalmamaq üçün alternativ yollar tapın - DYP-dən MÜRACİƏT
    11:01 30 Sen 2023
  • Bu ölkənin ən hündür göydələni tikilir
    10:47 30 Sen 2023
  • “RF Furniture Group” MMC - MƏHKƏMƏYƏ VERİLDİ
    10:47 30 Sen 2023
  • Dövlət qurumu xüsüsi geyim və aksesuarlar alır - TENDER
    10:40 30 Sen 2023
  • “Vertico Service” MMC - MƏHKƏMƏYƏ VERİLDİ
    10:37 30 Sen 2023
  • Xocavənddə müsadirə edilən artilleriya quruğularının görüntüləri yayılıb - VİDEO
    10:35 30 Sen 2023
  • “MEQA HƏYAT"ın yaşam sığortası məhsulu - DAHA ÇOX GƏLİR TƏKLİF EDİR
    10:31 30 Sen 2023
  • Sabahdan taksi sürücülərinə - YENİ TƏLƏBLƏR QOYULUR
    10:29 30 Sen 2023
  • Avtomobillərin sığortası üzrə ödənişlər 12% artıb
    10:25 30 Sen 2023
  • Neft bahalaşıb - SON QİYMƏT
    10:23 30 Sen 2023
  • Sabahdan taksi fəaliyyəti üçün yeni dövlət rüsumları olacaq - MƏBLƏĞLƏR
    10:16 30 Sen 2023
  • Sabahdan taksi sahəsində - YENİLİKLƏR BAŞLAYIR - DETALLAR
    10:11 30 Sen 2023
  • Mobil bankçılıq üzrə əməliyyatların həcmi - İLLİK ARTIB, AYLIQ AZALIB
    10:09 30 Sen 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • .....
  • .....
  • Daşınmaz əmlak və ev elanları
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!

Dövlət istiqrazları 1 il - 6.26▼-0.24% Dövlət istiqrazları 2 il - 8.04▲0.56% Dövlət istiqrazları 3 il - 7.87▼-0.29% Dövlət istiqrazları 5 il - 9.69▲0.97% Dövlət istiqrazları 7 il - 7.57▲1.10% NOT (7 gün) - 7.62●0.00% NOT (28 gün) - 8.03▼-0.17% NOT (84 gün) - 8.13▼-0.08% NOT (168 gün) - 8.05●0.00% NOT (252 gün) - 8.46▼-0.03% BOKT Embafinans QSC - 10.50▼-0.50% AzerGold - 3.35▼-0.03% ARMB (NOT) Repo - 7.59●0.00% 1D AINAao - 4.90▼-1.78% 1D AINAib - 8.40▲0.10% 1W AINAao - 6.04▼-0.56% 1W AINAib - 7.70▼-0.20% 2W AINAao - 6.04▲0.15% 2W AINAib - 8.00●0.00% 1M AINAao - 6.00▲0.20% 1M AINAib - 5.80▲5.80%
SOCAR [ AZ2002019894 ] Alış: 1003.00 / Satış: 1022.00 Unibank KB ASC [ AZ2011002022 ] Alış: 10029.10 / Satış: 10119.76 AzFinance İnvestisiya Şirkəti QSC [ AZ2002019712 ] Alış: 910.67 / Satış: 956.20 BOKT "EMBAFİNANS" QSC [ AZ2008020607 ] Alış: 1004.07 / Satış: 1020.97 Holcim Azərbaycan ASC [ AZ1001018378 ] Alış: 20.00 / Satış: 21.00 Azərbaycan Beynəlxalq Bankı ASC [ AZ2001004582 ] Alış: 1000.00 / Satış: 1013.00 Cənubtikintiservis ASC [ AZ1001004691 ] Alış: 22.00 / Satış: 23.10 Bakı ixtisaslaşdırılmış mexanizasiya - 7 ASC [ AZ1001000848 ] Alış: 2.40 / Satış: 2.52 Bakı Tikinti materialları ASC [ AZ1001000863 ] Alış: 2.40 / Satış: 2.52 Bakıinşaatsənaye ASC [ AZ1001001564 ] Alış: 2.40 / Satış: 2.52 AZENCO ASC [ AZ1001008452 ] Alış: 2.60 / Satış: 2.73 Sumqayıt çörək ASC [ AZ1001017230 ] Alış: 2.40 / Satış: 2.52 Savalan ASC [ AZ1001012488 ] Alış: 2.70 / Satış: 2.83 EVRASCON ASC [ AZ1001000871 ] Alış: 20.00 / Satış: 21.00 Dərnəgülsənayetikinti ASC [ AZ1001000376 ] Alış: 2.60 / Satış: 2.73