İstanbulun Küçükçekmece, Başakşehir, Bağcılar, Avcılar, Bahçelievler, Sultanqazi, Esenlər və Zeytinburnu olmaqla daha səkkiz rayonunda əcnəbilərin qeydiyyatı dayandırılıb.
Eləcə də bax: İstanbul, Ankara və İzmirdə mənzil qiymətləri Mayamidən daha çox - ARTIB
FED.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Qeyd edilib ki, yeni qərar ali təhsil alan, əmlak sahibi olan və sağlamlıq vəziyyəti ilə əlaqədar bu bölgələrdə yaşayan əcnəbiləri əhatə etmir.
Xatırladaq ki, bundan əvvəl şəhərin Fatih və Esenyurd rayonlarında da xarici ölkə vətəndaşlarının qeydiyyatı dayandırılmışdı. (Azərtac)