Banner

Turizm

İstanbula və Bakıya biletlər - YARIM SAATA SATILIB QURTARIB

İstanbula və Bakıya biletlər - YARIM SAATA SATILIB QURTARIB | FED.az
09:42 28 İyun 2020

Türk Hava Yollarının (THY) Bakı-İstanbul Bakı istiqaməti üzrə yeni açdığı reyslərinə biletlər çox qısa müddətdə satılıb qurtarıb. Bu barədə FED.az-a THY-nin Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas məlumat verib. Onun sözlərinə görə, bütün biletlərin satışı üçün yarım saat kifayət edib.

Xatırladaq ki, Türk Hava Yolları 1 iyul tarixindən Bakı-İstanbul-Bakı istiqamətində həftənin Çərşənbə və Cümə günlərində uçuşlara başlayır.

Eləcə də bax: AZAL İstanbul reysinin qiymətini açıqladı: «TƏXRİBATA UYMAYIN» - MƏBLƏĞ

FED.az xəbər verir ki, biletlər 27.06.2020 tarihində Bakı vaxtı ilə saat 10:00-dan www.turkishairlines.com saytından satışa açılıb.

Eləcə də bax: "AZAL" və "Türk Hava Yolları" həftədə iki dəfə qarşılıqlı reyslər - HƏYATA KEÇİRƏCƏKLƏR

Biletin qiyməti ekonom sinfi üçün bir tərəfə vergiler daxil tək qiymət olaraq 220 dollardır (yəni yerlər azaldıqcxa qiymət artmırdı). Business sinfində qiymət bir tərəfə vergilər daxil 920 dollardan başlayıb.

Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən uçuşdan əvvəl 48 saat ərzində COVID-19 testindən keçmək tələb olunur.

. Azərbaycanda test keçmək üçün TƏBIB tərəfindən akkreditə olunmuş klinikalar:

- İnci laboratoriyası. Ünvan: Bülbül prospekti, 40. Əlaqə telefonu: +994 51 229 49 80;

- Referans kliniki laboratoriya mərkəzi. Ünvan: Mirzəbala Məmmədzadə küçəsi. Əlaqə telefonu: +994 70 653 00 33;

- Memorial Klinik. Ünvan: Qara Qarayev prospekti, 38a. Əlaqə telefonu: +994 12 520 30 40.

Türkiyədə test keçmək üçün Azərbaycan qurumları tərəfindən qəbul olunan klinikalar :

https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi

Azərbaycana gələn sərnişinlərlərdən 14 gün müddət ərzində qaldıqlari yerdə özlərini təcrid edəcəkləri barədə öhdəlik götürməlidilər. İltizam sənəd təyyarənin qöyərtəsində təgdim olunacağ.

COVID-19 pandemiyası səbəbiylə uçuşdan əvvəl və uçuş zamanı riyayət ediləcək qaydalarla buradan tanış olmaq olar:

https://www.turkishairlines.com/tr-az/guvenli-seyahat-standartlarimiz/ ziyarət edəbilərsiniz

Türkiyədə testlər aparmaq üçün Azərbaycan hakimiyyəti tərəfindən qəbul edilmiş klinik:
https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-liste

Bundan əlavə, Azərbaycana gələn bütün sərnişinlərdən öz evlərində 14 günlük karantin götürülməsi tələb olunur. Müvafiq formalar təyyarədə paylanacaq.

Digər xəbərlər

Banner