Azərbaycan Hava Yollara Bakı-İstanbul-Bakıf reysinin qiyməti ilə bağlı yayılan məlumatlara görə, açıqlama verib.
FED.az xəbər verir ki, açıqlamada deyilir:
Eləcə də bax: AZAL Bakı-İstanbul-Bakı reysinə - BİLET SATIŞINA BAŞLADI - ELAN
«Daha əvvəl xəbər verildiyi kimi, 26 iyun tarixində AZAL Bakı-İstanbul-Bakı reysinə biletlərin satışına başlamışdır.
Təəssüf ki, sosial şəbəkələrdə kənar saytlar tərəfindən biletlərin baha qiyməti əks olunan şəkillər yayılmışdır.
Rəsmi olaraq bildiririk ki, İstanbul-Bakı istiqamətində AZAL aviaşirkətinin ekonom sinif üzrə biletin qiyməti 374 manat təşkil edir.
Bundan əlavə xaricdə təhsil alan Azərbaycanlı tələbələr üçün Bakı-İstanbul və İstanbul-Bakı reyslərində AZAL aviabiletlərə 30% endirim təqdim edir.
AZAL sərnişinlərinə bilet alarkən aviaşirkətin rəsmi saytından istifadə etməyi, biletlərin qiyməti ilə bağlı təxribatlara və qeyri-dəqiq məlumatlara uymamağı tövsiyə edir. Bəzi hallarda, biznes-sinif biletlərinin qiyməti bilərəkdən ekonom sinif biletinin qiyməti kimi göstərilmişdir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, aviaşirkət, təxribatçı hərəkətləri, yəni bilərəkdən qeyri-dəqiq sosial əhəmiyyət daşıyan məlumatların yayılmasını araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır».