Bi ilin birinci rübündə Azərbaycan hotellərinin gəlirləri 128,7 milyon manat olmaqla illik 3,5 milyon manat və ya 2,9% artım göstərib.
Azərbaycanda hotelləri ən az qazanan rayonlar - MƏBLƏĞLƏR, SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə bəzi rayonlardakı və şəhərlərdəki hotellər gəlir əldə etməyə başlayıb. Belə ki, Xankəndə şəhərindəki hotellər bu ilin birinci rübündə 569,2 min manat gəlirlə işləyib.
Bundan başqa Yevlaxdakı hotellər 48,7 min manat, Kəlbəcərdəki hotellər 6,7 min manat, Ağdərədəki hotellər 2,5 min manat, Füzulidəki hotellər 100 manat gəlir əldə edib. 2025-ci ilin birinci rübündə bu hotellərin gəlirləri olmayıb.
Oğuz rayonundakı hotellər isə bu ilin birinci rübündə gəlirsiz işləyib. Belə ki, buradakı hotellər ötən ilin birinci rübündə 1,8 min manat gəlir qazanmışdı.
Bu ilin birinci rübündə Azərbaycanın 11 rayonunda yerləşən hotellər pul qazana bilməyib.
Hotelləri pul qazana bilməyən rayonlar və şəhərlər daha ətraflı:
|
S/N |
Rayon/Şəhər |
2025-cı ilin yanvar-mart |
2026-cı ilin yanvar-mart |
|
1 |
Xankəndi şəhəri |
- |
569,2 |
|
2 |
Yevlax rayonu |
- |
48,7 |
|
3 |
Kəlbəcər rayonu |
- |
6,7 |
|
4 |
Ağdərə rayonu |
- |
2,5 |
|
5 |
Füzuli rayonu |
- |
0,1 |
|
6 |
Oğuz rayonu |
1,8 |
- |
|
7 |
Qobustan rayonu |
- |
- |
|
8 |
Samux rayonu |
- |
- |
|
9 |
Xocalı rayonu |
- |
- |
|
10 |
Xocavənd rayonu |
- |
- |
|
11 |
Siyəzən rayonu |
- |
- |
|
12 |
Lerik rayonu |
- |
- |
|
13 |
Ucar rayonu |
- |
- |
|
14 |
Cəbrayıl rayonu |
- |
- |
|
15 |
Qubadlı rayonu |
- |
- |
|
16 |
Zəngilan rayonu |
- |
- |
|
17 |
Hacıqabul rayonu |
- |
- |














