Hotellərdə noyabr ayı üçün olan qiymətlər kəskin artıb.
"Azərbaycanda 200-dən çox hotelə ulduz verilib"
FED.az xəbər verir ki, 11-22 noyabr tarixlərində Azərbaycanda COP29-un keçirilməsi ilə əlaqədar olaraq hotel qiymətlərində 3-4 dəfə artım müşahidə edilir.
Hətta hotellərdə 4 ay sonra üçün yerlərin 80-90 fazi rezerv edilib. Hotellərlə yanaşı, hostəllərdə də yerlər dolub.
Yeri gəlmişkən, Dövlət Turizm Agentliyi COP29-la əlaqədar Bakı, Abşeron və Sumqayıtda yerləşən hotellərdə monitorinqlər aparıb. Bəzi hotellərdə uyğunsuzluqlar aşkar edilib.
Verilən 3 aylıq müddət bitdikdən sonra həmin hotellərdə yenidən yoxlamalar aparılacaq.