Azərbaycanda Milli Ulduz Təsnifatı əsasında 200-dən çox hotelə ulduz dərəcələri təyin edilib.
5 manatdan 55 manata qədər - Bakıdakı akvapark və çimərliklərə giriş qiymətləri – SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin verilməsi və Milli Rezervasiya Platformasının təqdimatında bildirib.
"Onların arasında 5, 4, 3, 2 və 1 ulduzlu hotellər mövcuddur. Proses boyu çoxsaylı uyğunsuzluqlar səbəbilə təkrar auditə qalan və yaxyd təsnifata yenidən müraciət etməli olan hotellər də az olmayıb. Bir çoxları qüsurları düzəldərək təsnifatdan keçsə də, hələ də ulduz təsnifatının tələblərinə cavab verməyən hotellər mövcuddur. 40-a yaxın hotelə uyğunsuzluqları aradan qaldırmaq üçün müəyyən vaxt verilib və yenidən audit olunacaqlar", - deyə o qeyd edib.
Sədrin sözlərinə görə, ölkənin müsbət turizm imicinin formalaşmasına hotellərdə olan infrastruktur, şərait, xidmət səviyyəsi və digər meyarlar birbaşa təsir edir: "Bunların qiymətləndirilməsi isə hotellərin ulduz təsnifatından keçməsi və müvafiq ulduz dərəcələrini əldə etmələri ilə mümkündür. Bu həm də qanunvericiliyin tələbidir. "Turizm haqqında" qanuna əsasən hər bir mehmanxana - hotel fəaliyyətə başladığı tarixdən 6 ay ərzində ulduz kateqoriyası əldə etməlidir". (Report)