2024 və 2025-ci illərin göstəricilərinin müqayisəsinə əsasən, Azərbaycanda fəaliyyət göstərən hotellərdə işçi sayında ən kəskin azalma müşahidə olunan rayon və şəhərlərin siyahısı məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hotelçilik sektorunda bir sıra bölgələrdə işçi sayında kəskin geriləmə qeydə alınıb.
Təqdim olunan rəsmi cədvələ əsasən, siyahıda yer alan Xaçmaz rayonunda hotel işçilərinin sayı 2024-cü illə müqayisədə 2025-ci ildə 818 nəfərdən 743 nəfərə düşüb ki, bu da 75 nəfər, yəni 9,2 faiz azalma deməkdir.
Kürdəmir rayonunda işçi sayı 18-dən 16-ya enərək 2 nəfər, yəni 11,1 faiz azalıb.
Siyahının davamında yer alan Sumqayıt şəhərində hotel sektorunda çalışanların sayında 27 nəfərlik, başqa sözlə 11,2 faizlik geriləmə qeydə alınıb və göstərici 241-dən 214-ə düşüb. İ
smayıllı rayonunda isə işçilərin sayı 331 nəfərdən 290 nəfərə geriləyib ki, bu da 41 nəfər, yəni 12,4 faiz azalma kimi rəsmiləşib.
Reytinqdə azalma ardıcıllığı ilə davam etdikdə, Daşkəsən rayonunda işçi sayının 14 nəfərdən 12 nəfərə düşərək 2 nəfər, yəni 14,3 faiz azaldığını görmək mümkündür. G
öyçay rayonunda bu rəqəm 40 nəfərdən 32 nəfərə enərək 8 nəfərlik, yəni 20 faizlik bir azalma nümayiş etdirib.
Ağcabədi və Ağsu rayonlarında faiz nisbəti ilə eyni – 25 faizlik azalma qeydə alınsa da, mütləq rəqəmlərdə fərq var;
Ağcabədidə işçi sayı 16-dan 12-yə enərək 4 nəfər, Ağsuda isə 4-dən 3-ə düşərək 1 nəfər azalıb. Siyahının sonlarına yaxınlaşdıqca geriləmə daha kəskin xarakter alır.
Tərtər rayonunda işçilərin sayı 11 nəfərdən 8 nəfərə enərək 3 nəfər, yəni 27,3 faiz azalıb.
Ölkə üzrə hotel işçilərinin sayında ən kəskin azalma isə Oğuz rayonunda müşahidə edilib; burada çalışanların sayı 24 nəfərdən 15 nəfərə düşərək 9 nəfərlik, yəni 37,5 faizlik geriləmə ilə nəticələnib.












