2024 və 2025-ci illərin müqayisəsinə əsasən, Azərbaycanda fəaliyyət göstərən hotellərdə işçi sayında ən kəskin artım müşahidə olunan rayon və şəhərlərin siyahısı açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, göstəriciləri məhz regionların payına düşüb.
Siyahıya ən kəskin artım dinamikası ilə Biləsuvar rayonu rəhbərlik edir. Belə ki, bu rayonda hotel işçilərinin sayı əvvəlki ildəki 8 nəfərdən 73 nəfərə çataraq 65 nəfər, yəni 9,1 dəfə çoxalıb. İ
kinci pillədə qərarlaşan Ağdam rayonunda isə işçilərin sayı 11 nəfər artaraq 11-dən 22 nəfərə yüksəlib ki, bu da 2 dəfəlik artım deməkdir.
Mühüm artım Gəncə şəhərində də qeydə alınıb; burada hotelçilik sektorunda çalışanların sayı 217 nəfərdən 345 nəfərə çatıb ki, bu da 128 nəfər, yəni 59 faizlik böyümədir.
Cədvəlin dördüncü yerində isə 695 nəfərdən 929 nəfərə yüksələn göstərici ilə Qusar rayonu gəlir və bu rayonda artım 234 nəfər və ya 33,7 faiz təşkil edir.
Sıralamanın davamında Zaqatala rayonunda işçilərin sayının 16 nəfər çoxalaraq 53-dən 69-a (30,2 faiz artım) yüksəldiyi qeyd olunur.
Saatlı rayonunda işçi sayı 6 nəfər (28,6 faiz) artaraq 21-dən 27-yə, Bərdə rayonunda isə 2 nəfər (28,6 faiz) artaraq 7-dən 9-a çatıb.
Siyahıda daha sonra 14 nəfərlik (26,9 faiz) artımla Abşeron rayonu (52-dən 66-ya) və 22 nəfərlik (14,1 faiz) artımla Qax rayonu (156-dan 178-ə) qərarlaşıb.
Beyləqan və Salyan rayonlarının hər ikisində işçi sayı eyni dinamika ilə 1 nəfər (12,5 faiz) artaraq 8 nəfərdən 9 nəfərə yüksəlib.
Siyahının sonunda yer alan Göygöl rayonunda isə hotel işçilərinin sayında 16 nəfərlik, yəni 10,1 faizlik artım qeydə alınıb və göstərici 158-dən 174-ə çatıb.












