Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 179 ölkəsindən 1231,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 34 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Azərbaycan öz «Booking»ini yaratdı – NARAZI TURİSTLƏRİN PULU QAYTARILACAQ
FED.az bu barədə DSK-ya istinadən xəbər verir.
Gələnlərin 29,2 faizi Rusiya Federasiyası, 17,3 faizi Türkiyə, 9,7 faizi Hindistan, 8,7 faizi İran, 4,1 faizi Gürcüstan, 3,2 faizi Səudiyyə Ərəbistanı, 3,1 faizi Qazaxıstan, 2,5 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, hər birindən 1,3 faiz olmaqla Çin, Küveyt və Türkmənistan, 1,1 faizi Belarus, 12,4 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 68,2 faizini kişilər, 31,8 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,5 dəfə, Cənubi Koreyadan – 2,4 dəfə, Çindən – 2,3 dəfə, İspaniyadan – 1,8 dəfə, Qazaxıstandan – 1,8 dəfə, Səudiyyə Ərəbistanından – 1,7 dəfə, Filippindən – 1,6 dəfə, Qırğızıstandan – 1,6 dəfə, Omandan – 1,6 dəfə, İrandan – 1,5 dəfə, Pakistandan – 47,0 faiz, Tacikistandan – 45,8 faiz, İtaliyadan – 41,8 faiz, İordaniyadan – 37,6 faiz, Yəməndən – 37,6 faiz, Küveytdən – 37,2 faiz, Türkmənistandan – 36,8 faiz, Bəhreyndən – 34,7 faiz, Polşadan – 34,0 faiz, Misirdən – 29,2 faiz, Özbəkistandan – 26,9 faiz, ABŞ-dan – 23,6 faiz, Ukraynadan – 22,2 faiz, Almaniyadan – 22,1 faiz, Türkiyədən – 21,1 faiz, Rusiya Federasiyasından – 19,0 faiz, Fransadan – 15,7 faiz, Gürcüstandan – 13,1 faiz, Birləşmiş Ərəb Əmirliklərindən – 8,1 faiz artıb.
2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 49 faiz artaraq 200 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 30 faiz artaraq 46,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 22,3 faiz artaraq 472,8 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,5 faizi hava, 25,2 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 25,7 faiz artaraq 995,2 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 39,1 faiz, Türkiyəyə gedənlərin sayı 23,7 faiz, Gürcüstana gedənlərin sayı 17,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 15,4 faiz artmışdır. Gedənlərin 66,4 faizini kişilər, 33,6 faizini qadınlar təşkil edib.
2024-cü ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,0 faizi hava, 29,6 faizi dəmir yolu və avtomobil, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.