Banner

Turizm

Gürcüstanın xarici turistlərdən əldə etdiyi gəlirləri 70% azalacaq - PROQNOZ

Gürcüstanın xarici turistlərdən əldə etdiyi gəlirləri 70% azalacaq - PROQNOZ | FED.az
11:02 2 İyun 2020

Bu ilin I rübündə Gürcüstanın turizm sektorundan əldə etdiyi gəlirlər illik müqayisədə 26% azalıb.

Eləcə də bax: Gürcüstana səfər edənlərdən bu arayışlar - TƏLƏB OLUNACAQ

FED.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin parlamentə təqdim etdiyi 2019-cu il üzrə hesabatda deyilir.

Qeyd olunub ki, cari ildə təklif edilən xidmətlərin 55% azalması fonunda beynəlxalq ziyarətçilərdən əldə edilən gəlirlərin 70% azalması proqnozlaşdırılır. Hesabatda bildirilir ki, pandemiyadan əvvəlki dövrdə turizm sektoru ölkə iqtisadiyyatının ən sürətlə inkişaf edən sahələrindən olub və onun ÜDM-də payı 11,5% təşkil edib. 2019-cu ildə bu sahədə 150 min nəfər işlə təmin edilib.

Hesabatda həmçinin qeyd olunub ki, Gürcüstan hökuməti turizm sektoruna dəyən zərərin azaldılması məqsədilə bu sahədə işləyənləri ilin sonunadək əmlak vergisindən azad edib və gəlir vergisinin ödənilməsi üçün verilən vaxtı ilin sonunadək təxirə salıb. Bundan başqa, hökumətin illik dövriyyəsi 20 mln. laridən (6,3 mln. ABŞ dolları) çox olan hotellərin kreditlərinin faiz hissəsinin 80%-ni 6 ay müddətinə subsidiyalaşdıracağı bildirilib.

Qeyd edək ki, Gürcüstanda daxili turizmin iyunun 15-də bərpa edilməsi planlaşdırılır. Qonşu ölkənin xarici turistlərə sərhədlərini iyulun 1-də açmağa hazırlaşdığı bildirilir.

Apa

Digər xəbərlər

Banner