Gürcüstanın turizm sektorunun 2021-ci il üzrə daşınmaz əmlak vergisi üzrə öhdəlikləri silinib.
Eləcə də bax: Gürcüstan iqtisadiyyatı - 16% BÖYÜYÜB
FED.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında bildirib.
O, turizm sahəsindəki cari vəziyyətin və mövcud problemlərin öyrənildiyini deyib: “COVID-19 pandemiyasına görə məhz bu sahə, həmçinin mehmanxana-restoran sənayesi də zərər çəkib. Buna görə də bu sektor 2021-ci il üçün daşınmaz əmlaka görə vergidən azad edilib. Hesab edirəm ki, bu addım turizm sahəsi üçün mühüm yardım olacaq”. (Report)