Bu ilin yanvar-fevral aylarında Gürcüstanda istehsal edilmiş Ümumi Daxili Məhsulun (ÜDM) real dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 16,3% çox olub.
Eləcə də bax: Gürcüstan Milli Bankı uçot dərəcəsini - ARTIRDI
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata görə, təkcə fevralda iqtisadi artım isə 1 il əvvələ nisbətən 14,6% təşkil edib. Ötən ay artım istehsal, nəqliyyat və anbar təsərrüfatı, elektrik, qaz, buxar və kondisioner təchizatı, mehmanxana və restoranlar, daşınmaz əmlak, incəsənət, əyləncə və rekreasiya, mədənçıxarma sənayesində olub.(Report)