Hər ilin may ayında bütün dünyadan Amerikaya getmək arzusunda olan şəxslər səbirsizliklə «Green card» lotereyasının cavablarını gözləyirlər.
Eləcə də bax: ABŞ-a köçmək istəyənlərin nəzərinə - “Greencard” qalibləri - AÇIQLANIR
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, «Green card» - ABŞ-da yaşamağa və işləməyə icazə olmaqla okeanın o tayına köçməyin ən asan və sərfəli variantıdır. Digər variantlar böyük investisiya yatırımları və əlavə tələblər qarşısında mümkündür və onunla müqayisədə lotereya ABŞ-a köçmək üçün əsl fürsətdir.
«Green card» proqramına ildə cəmi bir dəfə müraciət etmək mümkündür. Əgər bu kartı qazanırsınızsa, qanuni şəkildə ABŞ-da yaşamaq, işləmək, oxumaq və daimi vizasız rejimdə giribp-çıxmaq hüququ əldə edirsiniz. Bir sözlə, faktiki olaraq «Green card» sahibi seçkidə iştirakdan başqa, Amerika vətəndaşı ilə eyni hüquqlara malikdir.
Mövzu ilə əlaqəli daha geniş məlumat üçün FED.az-ın suallarını «Greencard Azerbaijan»ın Baş meneceri Rüfət Piriyev cavablandırıb:
- Bu il Azərbaycandan ABŞ-a köçmək üçün «Green card» üzrə neçə nəfər müraciət edib?
- Cavablar yeni cıxdığı üçün hazırda dəqiq sayları demək mümkün deyil. Qarşıdakı həftələrdə ABŞ dövləti dünya üzrə statistikanı paylaşacaq və biz bunu məmnuniyyətlə ictimaiyyətlə paylaşacağıq. Amma təqribi götürsək, Azərbaycan üzrə müraciətlərin sayının bu il 80-90 min nəfər olduğunu təxmin edirik.
- Müraciət edənlər adətən neçə yaşlı insanlardır?
- Ən çox müraciət edənlər daha çox 90-cı illərdə doğulmuş şəxslərdir. Bu il ən cavan «Green card» qalibinin 17, ən yaşlının 64 yaşı var.
- Bu il müraciət edənlərin sayı əvvəlki illərlə müqayisədə artıb-azalıbmı?
- Pandemiyadan əvvəlki dövrdə, müraciət edənlərin sayında hər il artım müşahidə olunurdu. Lakin son 3 ildə Azərbaycandan müraciət edənlərni sayı artmır. Bunun 3 səbəbi var. Təxminən 3 il öncə «Green card» müraciəti üçün pasport məlumatlarını təqdim etmək tələbi yarandı. Bunun nəticəsində Azərbaycan da daxil olmaqla, bütün dünya üzrə «Green card» müraciətləri aşağı düşdü. Belə görünür ki, müraciət edənlərdən heç də hər kəsin pasportu olmur və ya vaxtı bitmiş olur. Ya da insanlar sadəcə «Green card»a müraciət etmək üçün pasport almaq istəmirlər.
- Müraciətlərin azalmasının dirə iki səbəbi hansıdır?
- Digər səbəb təxminən 2 il öncə Azərbaycanda müharibənin baş verməsidir. «Green card» müraciətləri ABŞ dövlətinə hər il oktyabr ayında göndərilir və eyni ayda Azərbaycanda müharibə olduğu üçün həm ölkədə internetin məhdudiyyəti həm də insanların fokusunun müharibədə olması müraciətlərin az olmasına səbəb oldu. Nəhayət, 3-cü səbəb - pandemiyanın psixoloji təsiri oldu. Həm ümumiyyətlə insanlarda rüh düşgünlüyü yarandı, həm də 2019 və 2020-ci illərdə qalib olmuş şəxslərin əksəriyyəti səfirlikdə vizalarını ala bilmədiklərinə görə müraciət edənlər də çox olmadı. Ona görə də, saylarda ciddi artım olmayıb.
- «Green card» üçün müraciət edənlər əsasən hansı peşə sahibləridir, bu məlumdurmu?
- Xeyr. «Green card» proqramına müraciət etmək üçün orta məktəb təhsili də kifayətdir. Heç bir peşə tələb olunmadığı üçün hansı peşə sahibləri olduğunu təxmin etmək çətindir. Amma ümumiyyətlə təcrübəmizə əsasən, demək olar ki, bütün peşələrdən olan şəxslər müraciət edirlər.
- Bura müraciət üçün ingilis dili bilmək tələb olunurmu?
- Xeyr, belə tələb də yoxdur.
- Bildiyimizə görə, «Green card» müraciətləri üçün ölkələr üzrə limitlər var. Bəs Azərbaycan üçün limit mövcuddurmu, varsa bu nə qədərdir?
- Azərbaycan hələ ki, qaliblərin sayında limiti olan ölkələr siyahısında deyil. Ümumiyyətlə «Green card» proqramının qaydalarına əsasən, müraciətlərin sayı nisbətində qaliblər olur və bu nisbət ölkədən ölkəyə dəyişir. Azərbaycandan müraciət edən hər 100 nəfərdən təqribən 1-i qalib olur. Əgər Azərbaycandan müraciət edən şəxslərin sayı təxminən 350 000 nəfərdən çox olarsa onda bu nisbətin azalacağını müşahidə edəcəyik. Yəni, artıq 100 nəfərdən 1-i yox, 150, 200 nəfərdən 1 nəfər qalib olacaq.
- Bəs sizcə nə vaxtsa Azərbaycandan «Green card» üçün 350 min nəfərdən çox adam müraciət edəcəkmi?
- Bizim fikrimizcə, xeyr! Bəzən ictimaiyyətdə belə fikir olur ki, sanki, hamı Azərbaycandan köçmək istəyir. Amma praktikada biz bunu görmürük. Elə ölkələr var ki, oranın vətəndaşları Amerika, Kanada kimi ölkələrə köçmək üçün əllərindən gələn hər şeyi etməyə hazırdırlar və ümumiyyətlə heç vaxt öz ölkələrinə qayıtmaq onlara maraqlı olmur. Azərbaycan üçün bunu demək çətindir.
- Bunu nəyə əsasən deyirsiniz?
- Daha çox müşahidə edirik ki, azərbaycanlılar xaricdə olanda vətənə bağlılıqları daha da çox üzə çıxır. Çox şəxslər pul qazanıb Azərbaycanda mülklər alırlar və millət olaraq ailəcanlı olduğumuz üçün xaricdə yaşayanlar Azərbaycandakı öz yaxınlarına kifayət qədər maddi dəstək olurlar. Hiss etmək çox asan olur ki, uzaq gələcəklərini, qocalıqlarını Azərbaycanda görürlər.
- Belə çıxır «Green card» proqramına qoşulan insanların heç də hamısı birdəfəlik ABŞ-a köçüb orda yaşamaq istəmir?
- «Green card» proqramına müraciətlərin çoxluğunu köçmək istəyən insanların sayı kimi dəyərləndirmək istəməzdik. Çünki, bu sadəcə lotoreya proqramıdır. Onsuz da köçmək istəyənlər Amerika və Kanadaya digər yollarla rahat köçürlər. Bunun üçün kifayət qədər yollar mövcuddur. Məsələn, Kanadaya köçmək demək olar ki, birbaşa dil səviyyəsindən asılıdır. İngilis və ya fransız dilini mükəmməl bilirsənsə köçmək üçün kifayət qədər yollar mövcuddur. Köçmək istəyənlər olsaydı, hər il minlərlə azərbaycanlı köçərdi Kanadaya. Amma bu rəqəmləri müşahidə etmirik.
- «Green card» qazananların Amerikada işlə təminatı necədir?
- «Greencard» qazanan şəxslər Amerikaya girdikləri gündən istənilən peşə ilə məşğul olmaqda sərbəstdirlər. Xidmət sahələrində həmişə iş var. Bu günə kimi Amerikada işsiz qalan azərbaycanlı haqda eşitməmişik. Düzdür, ABŞ dövləti heç kəsi işlə təmin etmir. Amma ildən ilə Amerikada azərbaycanlıların sayı artır və orada qohumu, dostu olan «Green card» qaliblərinə işlə təmin olunmaqda onlar da köməklik göstərirlər. Həmçinin şirkətimiz də, «Green card» qaliblərinin işlə təmin olunmalarında köməkik göstərir.
- Kartı udanların hamısı gedib, yoxsa imtina edənlər də var? Elədirsə, təxminən neçə faiz insan imtina edib?
- Əvvəlki illərlə müqayisə edəndə, əlbəttə ki, qalib olub getməyənlərin sayı çox aşağıdır. Əvvəllər kartı qazananların bəzən 35-40%-i ABŞ-a getmirdi. İndi bu göstərici təxminən 10-15 faizə enib. Şirkətimiz yeni açılanda insanlar düşünürdülər ki, bu hansısa əldə qayırma bir proqramdır, yalan şeydir və ya Amerikaya köçmək qeyri mümkündür. Ondan sonra, qalib olanları canlı gördükdən sonra inanmağa başladılar. Sonrakı dövrlərdə Amerikada tanıdığı adamlar olmadığı üçün, ölkəni dəyişməyə çəkinən insanlar var idi. Fikirləşirdilər ki, gedib orada tək nə edəcəm. Bundan başqa, az yaşlı şəxslər qalib olurdu, valideynləri onlara köçməyə icazə vermirdi və sair.
Şirkətimizdə sığortalı müraciət sistemi yaradıldıqdan sonra, başa düşdük ki, getməkdən imtina edən şəxslərin əksəriyyətinin səbəblərindən biri də maddiyyat problemidir. Yəni, qalib olsalar da köç etmək üçün kifayət qədər büdcələri olmur.
- Sığortalı müraciət nədir?
- Sığortalı müraciət odur ki, «Green card» üçün müraciət edərkən əlavə olaraq xırda rüsum da ödəyirsən və qalib olduqdan sonra şirkətimiz Amerikaya köçmək üçün bütün xərcləri qarşılayır. Sığortalı müraciət edib qalib olanlardan bu günə kimi heç kim getməkdən imtina etməyib.
- Rüfət bəy, «Green card» udaraq Amerikaya gedənlər neçə ildən sonra həyatlarını qaydaya sala bilirlər?
- Amerikaya çatan kimi hər kəs hər hansı xidmət sahəsində iş tapa bilir və adətən 1-2 il içində stabil həyatları olur. Elə şəxslər var ki, bir neçə il içində multi milyonluq bizneslər yaradırlar, elələri də var ki, arzuladıqları karyera yollarını tapırlar və davam edirlər. Burada rol oynayan faktorlar, şəxslərin keçmiş iş və ya indiki biznes təcrübələri, Amerikada ətraflarındakı mühitləri və əsasən də ingilis dili bilikləridir. Adətən bütün qaliblərə tövsiyyə edirik ki, Amerikaya gedənə kimi intensiv formada ingilis dilini öyrənsinlər, əks halda dil biliyinin olmaması Amerikada müəyyən qədər maneələr yaradır.
- «Green card» qazananlar həm də ilkin yoxlamadan keçirlər. Yoxlama zamanı sənədlərdə və ya intervyuda problem ortaya çıxdığına görə imtina verilənlər olurmu?
- Əksər illərdə vizadan imtina alanlar ümumi qaliblərin az bir hissəsini təşkil edir.Təcrübə göstərir ki, qaliblik prosedurunu özü keçmək istəyən şəxslərin bəzən doldurduğu anket formasında və ya sənədlərin toplanmasında etdiyi səhvlər viza imtinasına gətirib çıxarır. Əksərən imtinalar bu səbəbdən və ya hər hansı sənədin çatışmazlığından irəli gəlir. Keçən il digər illərə nisbətdə daha çox imtina olduğunu bildirə bilərik.