Bu gün Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bu ölkədə yaşamaq və işləmək hüququ verən “Greencard” lotereyasının nəticələrini açıqlayacaq.
Eləcə də bax: ABŞ Azərbaycanı pandemiya dövründə səyahət üçün ən yaxşı ölkələrdən biri - ELAN EDİB
FED.az xəbər verir ki, cavablar bu gün günortadan başlayaraq elan ediləcək.
Bütün dünya üzrə “Greencard” üçün müraciət edənlər arasında ABŞ-a köçüb yaşamaq və işləmək istəyən Azərbaycan vətəndaşları da az deyil.
Qeyd edək ki, lotereya qalibləri Azərbaycan vətəndaşlığını itirmədən qanuni şəkildə ABŞ-da yaşamaq, işləmək, oxumaq və daimi vizasız rejimdə ölkəyə girib çıxmaq hüququ əldə edirlər.
Lotoreyaya qeydiyyat 6 oktyabr - 9 noyabr 2021-ci il tarixində aparılıb. Proqrama qoşulmaq üçün heç bir ödəniş tələb olunmur və seçim adi lotereya kimi təsadüfi qaydada aparılır.
Xatırladaq ki, iştirakçılar təsdiq nömrəsini ən azı 30 sentyabr 2023-cü ilə qədər saxlamalıdırlar. (Oxu.az)