Qədim “İpək yolu”nun üzərində yerləşən Gəncə bir çox zəngin tarixi abidələri ilə yanaşı, karvansara kimi tanınan abidələri ilə də zəngindir.
Eləcə də bax: Azərbaycanda 650 otel və 18 min restoran – DÖVLƏTDƏN DƏSTƏK ALIB
Bir zamanlar tacirlər, sarvanların üz tutduqları Gəncədə onların rahat ticarət etmələri üçün karvansaralar tikilib.
Tarixi faktlara görə, şəhərdə beş karvansara olub. Lakin dövrümüzə Şah Abbas və Uğurlu xan zamanında memar Şeyx Bahəddin tərəfindən inşa edilən bu qədim abidələr qalıb. Bu gün Şah Abbas və Uğurlu xan karvansaraları Şərqin ən qədim abidələrindən biri hesab olunur.
FED.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığı ilə Şah Abbas və Uğurlu Xan karvansaraları yenidən əsaslı şəkildə bərpa edilib. Bu günlərdə isə Gəncəyə səfər edən dövlət başçısı tarixi abidənin əsaslı bərpadan sonra açılışında iştirak edib.
Tarixi abidə hotel kompleksi kimi fəaliyyət göstərəcək. Bunun üçün bütün imkanlar hazırlanıb. Abidə hotel kimi fəaliyyət göstərsə də, binanın tarixi keçmişinin qorunmasına xüsusi diqqət ayrılacaq. (Baku TV)