Azərbaycanda koronavirusdan zərər çəkən şirkətlərə dövlət dəstəyi proqramından indiyədək 650-dən artıq otel və mehmanxana faydalanıb.
Eləcə də bax: Azərbaycanda turizm şirkətlərinin otellərə borcu - 1 MILYON MANATI KEÇİB
FED.az xəbər verir ki, bu sahədə fəaliyyət göstərən şirkətlərə – otellər, turoperatorlar və kafe-restoranlara dəstək paketi çərçivəsində əmək haqqı ilə bağlı maliyyə yardımı üçün müraciət etmiş vergi ödəyicilərinə 19 milyon 700 min manat ayrılıb.
Proqramdan 650 mehmanxana və mehmanxana tipli obyekt, 18 000-dən çox iaşə obyekti və 4402 turagentlik və turoperator faydalanıb.