Otel biznesində dünya liderlərindən olan Fransanın “Accor” qrupu Ukrayna ətrafında baş verən hadisələr fonunda Rusiya bazarını tərk etməyi düzgün hesab etmir.
Dollar ilə hesablaşmaları Qərb ölkələri öz əlləri ilə azaldır"
FED.az xəbər verir ki, bu barədə qrupun baş direktoru Sebastien Bazin cümə günü Britaniyanın The Telegraph qəzetinə müsahibəsində bildirib.
Bazin qeyd edib ki, Avropa Komissiyası, Böyük Britaniya və ABŞ-ın Rusiya Federasiyasına qarşı sanksiyaları sərtləşdirməsi ilə vəziyyət dəyişə bilər, lakin hazırda onların heç biri qrupa “təzyiq göstərmir”.
“Əgər siz Rusiya bazarını tərk etsəniz, o zaman tikilmiş hər şeyi verirsiniz və bununla da rusları daha da zənginləşdirirsiniz”, - o əlavə edib.
Fransa mətbuatı yazır ki, Accor-un Rusiyada 50-dən çox oteli var. (Marja)