"Dollar ilə hesablaşmaları Qərb ölkələri öz əlləri ilə azaldır".
FED.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.
“Dollar ilə ödənişləri Rusiya azaltmır, Qərb hər şeyi öz əli ilə edir” - deyən Prezident, əlavə edib ki, dollar və ya digər “universal” adlandırılan valyutalar ilə hesablaşmaların azaldılması Rusiya tərəfindən deyil.
Prezident vurğulayıb ki, Rusiya valyutasının (Rubl) ölkənin xarici ticarət hesablaşmalarında payı iki dəfə artaraq üçdə birinə çatıb. Rusiyaya dost olan ölkələrin valyutaları nəzərə alınarsa, ticarətin yarıdan çoxu Rubl və dost olan ölkələrin valyutaları ilə aparılır.
“Biz Qərb rəhbərlərinin siyasətləri nəticəsində öz universal xarakterini qaçılmaz olaraq itirəcək dollardan və digər Qərb valyutalarından asılı olmayan sabit, təhlükəsiz beynəlxalq ödənişlər sisteminin formalaşdırılması üzərində tərəfdaşlarımızla birgə işi davam etdirəcəyik", - deyə prezident qeyd edib. (Marja)