Bakıdakı «Fairmont Baku, Flame Towers» otelinin yeni baş meneceri Corc Qançev təyin edilib.
Eləcə də bax: Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına yeni sədr - SEÇİLİB
Eləcə də bax: Dövlət Agentliyinin sabiq sədri “PMD Hospitality”ə rəhbər - TƏYİN EDİLİB
FED.az xəbər verir ki, bu barədə «Accor» beynəlxalq mehmanxana qrupu açıqlama yayıb.
«Otelin baş meneceri postunda, Corc dəbdəbəli 5 ulduzlu «Fairmont Baku, Flame Towers» otelinin fəaliyyətini, brendin yüksək standartlarına uyğun olaraq idarə edəcək. Onun vəzifələrinə otelin komandasını idarə etmək, qonaqların məmnuniyyətini yüksəltmək və otelin əməkdaşları üçün «Heartist» proqramının inkişafı daxildir.
«Fairmont Baku, Flame Towers» komandasına qatılmaq və bu gözəl layihənin bir hissəsi olmaq böyük şərəfdir. Əminəm ki, biz qoaqlarımız üçün Bakıya unudulmaz səyayət təcrübəsi yarada, onlara parlaq təəssüratlar və qüsursuz xidmət təqdim edəcəyik», deyə qançev təyinatını şərh edərək bildirib.
Xatırladaq ki, buna qədər Corc Qançev Yaxın Şərq, Tanzaniya və Şimali Avropada «Kempinski» otellərində çalışıb. 2017-ci ildən etibarən isə «Blazon Hotels»in idarəçiliyində olan «Ajman Hotel»in baş meneceri olub.