Avqustun 4-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İkinci Baş Assambleyası baş tutub.
Eləcə də bax: Dövlət Agentliyinin sabiq sədri “PMD Hospitality”ə rəhbər - TƏYİN EDİLİB
FED.az xəbər verir ki, tədbirdə Assosiasiyaya üzv 100-ə yaxın turizm şirkəti iştirak edib. Assambleya zamanı İdarə Heyətinin sədri vəzifəsinə seçkilər keçirilib. ATAA sədri Rüfət Hacıyev Nizamnaməyə uyğun olaraq növbəti 2 il üçün Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanovun namizədliyini irəli sürüb.
Üzvlərin yekdil səsverməsi nəticəsində Göydəniz Qəhrəmanov Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri seçilib. (Turizmplus.az)