Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Air Arabia" aviaşirkəti iyulun 15-dən etibarən Əbu-Dabidən Bakıya birbaşa uçuşlara başlayacaq.
Eləcə də bax: Gürcüstana səyahət etmək istəyənlərin nəzərinə! - BU QƏRAR LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, reyslər həftənin çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək. Məlumata görə, təyyarə Bakıda saat 16:15-də enəcək, Bakıdan isə Əbu-Dabi istiqamətində saat 19:15-də yola düşəcək.
Xatırladaq ki, hazırda Bakıdan BƏƏ-nin Dubay şəhərinə birbaşa aviareyslər üzrə uçuşlar yerinə yetirilir. (Apa)