Şəki Regional Turizm İdarəsi tərəfindən ofis icarəsi üzrə satınalma həyata keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, satınalmanın qalibi Fizuli Fərrux oğlu Mirzəyev olub. Müqavilənin dəyəri 3 600 manat təşkil edir. Satınalma "Bir mənbə" metodu ilə baş tutub.
Qeyd edək ki, Fizuli Mirzəyev İdarənin daimi tərəfdaşıdır. O, daha əvvəl də 21.02.2025-ci il tarixində Qax ofisinin icarəsi üçün 3 600 manat və 18.03.2024-cü il tarixində 3 240 manat dəyərində müqavilələr imzalayıb.











