“Xəzər-Turizm” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Hillside Apartments” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətlərinə xitam verilərək “PMD GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulur.
Eləcə də bax: "PMD Hospitality"nin Bakıdakı 5 ulduzlu otelinin nizamnamə kapitalı - ARTIRILDI
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “PMD GROUP” MMC “Xəzər-Turizm” MMC ilə “Hillside Apartments” MMC-nin ona qoşulmaları nəticəsində yenidən təşkil edildiyini elan edir.
Qeyd edək ki, bundan əvvəl “A-Grade Real Estates” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətinə xitam verilərək “PMD GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulduğunu və “PMD GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti “A-Grade Real Estates” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan etmişdir.
Xatırladaq ki, 2013-cü ildən etibarən fəaliyyət göstərən “PMD Group” şirkəti aktivlərin idarə olunması, daşınmaz əmlaka investisiya qoyuluşu, otelçilik və əmlakın idarə olunması sahəsində fəaliyyət göstərir.