Azərbaycanda PMD Hospitality MMC-nin Bakıda 5 ulduzlu hotelini idarəedən şirkətinin nizamnamə kapitalı artırılıb.
Eləcə də bax: Lənkərandakı otel şirkəti ikiyə - BÖLÜNÜR
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Excelsior Hotel MMC-nin nizamnamə kapitalı 439 000 manat, yaxud 2.6 dəfə artırılıb.
Bununla da hotel şirkətinin nizamnamə kapitalı 712 000 milyon manata çatıb.
PMD Hospitality-nin bu şirkətinin sonuncu dəfə nizamnamə kapitalı 100 000 manatdan 273 000 manata qaldırılmış və şirkətə yeni rəhbər təyin edilmişdi.
“Excelsior Hotel” MMC şirkəti 2019-cu ildə yaradılıb. Bu tarixdən etibarən “PMD Hospitalty”nin idarə etməsinə keçib. Buna qədər isə hotel özü “Ata Holdinq”in idarəetməsində idi.