Türkiyənin ən byöük valyuta mənbələrindən biri olan turizm sektoru qaynayır.
FED.az xəbər verir ki, Türkiyə turizminin mərkəzi, dünyanın ən çox turist qarşılayan üçüncü şəhəri sayılan Antalya bölgəsi 2019-cu ildə turist sayına görə rekordları qırır.
Eləcə də bax: Bu il Antalyaya turlar bahalaşıb – QİYMƏTLƏR
Ötən il 13 milyon 642 min turistlə bütün zamanların ən yüksək turist sayına çatan Antalyaya bu il 16 milyon turistin gəlməsi gözlənilir. Bu il ilk dəfə olaraq mayın 10-da 2 milyon turist sayı lə rekord vuran Antalya, mayın 25-də daha bir rekord vurub.
Antalya valisi Münir Karaloğlu sosial media hesablarında etdiyi paylaşımda bildirib ki, mayın 25-də Antalyaya hava yoluyla 76 568 turist gəlib. Bu Antalya tarixində may ayı üçün ən böyük rekorddur. Antalya Havalimanının məlumatlarına görə, yanvarın 1-dən mayın 26-dək gələn xarici turist sayı 2 milyon 934 min nəfər olub.
Ötən illə müqayisədə turist sayı 20% artıb, Təkcə 1- 26 mayda 1 milyon 408 min turist gəlib. Bu da ötən illə müqayisədə 9% artıqdır.