Britaniyanın daxili işlər naziri Ceyms Kleverli bildirib ki, departament krallığa qanuni miqrant axınını ildə 300 min nəfər azaltmaq üçün viza və iş icazələrinin alınması qaydalarını sərtləşdirəcək.
Ən çox hansı ölkələrin vətəndaşlarına iş icazələrinin verildiyi - AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Kleverli Britaniya parlamentinin İcmalar Palatasında bildirib.
Britaniya Daxili İşlər Nazirliyinin rəhbərinin təklifləri 2024-cü ildə qüvvəyə minməlidir. Onlar ölkədəki işəgötürənin iş vizası üçün müraciət edən əcnəbi işçiyə ödəməli olduğu minimum əmək haqqının 50% artırılmasını nəzərdə tutur. (Apa)