Ən çox hansı ölkələrin vətəndaşlarına iş icazələrinin verildiyi açıqlanıb.
FED.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib.
O bildirib ki, ümumilikdə bu il ərzində 107 ölkənin 9190 vətəndaşına iş icazəsi verilib:
"Onlardan Türkiyə üzrə bu rəqəm 5207, Rusiya üzə 742, Hindistan üzrə 443, Birləşmiş Krallıq üzrə 394, Çin üzrə 370, Türkmənistan üzrə 234, Pakistan üzrə 211, Ukrayna üzrə 163, Filippin üzrə 149, Gürcüstan üzrə isə 129-dur". (Apa)