BƏƏ regional münaqişə fonunda ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq.
İran Dubayda hansı yerləri vurdu? – SİYAHI, SON VƏZİYYƏT
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, BƏƏ hava sahəsinin müvəqqəti bağlanması səbəbindən, bütün daxili və xarici uçuşlar ləğv edilib.
BƏƏ-nin Ümumi Mülki Aviasiya İdarəsi ölkəsinə qayıda bilməyən bütün turistlərin yaşayış xərclərinin dövlət hesabına ödəniləcəyini bildirib.
Qeyd edək ki, hazırda BƏƏ-də regional münaqişə fonunda qalmış turistlər arasında Azərbaycan vətəndaşları da var. Onların xərclərini də BƏƏ hökuməti qarşılayacaq. (Apa)












