“Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı şəhərindən tələbatın daha çox olduğu istiqamətlər üzrə – Dubay və İstanbul şəhərlərinə yerinə yetirdiyi reyslərə böyük tutumlu genişgövdəli hava gəmiləri ayırır.
Eləcə də bax: AZAL və “Buta”nın saytlarından niyə bilet almaq olmur? - AÇIQLAMA
⠀
FED.az AZAL-a istinadən xəbər verir ki, Bakı-Dubay-Bakı və Bakı-İstanbul-Bakı marşrutları üzrə həyata keçirilən reyslərə tələbatın artması ilə əlaqədar, AZAL iyunun 15-dən sentyabrın 15-dək müddət ərzində böyük tutumlu hava gəmilərindən istifadə edəcək.
⠀
15 iyundan etibarən aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportundan Dubay şəhərinə Boeing 767, İstanbul şəhərinə isə Boeing 787 (Dreamliner) tipli genişgövdəli hava gəmiləri ilə uçuşlar yerinə yetirməyə başlayır.