Son günlər “Azərbaycan Hava Yolları” (AZAL) və “Buta Airways” aviaşirkətlərinin rəsmi saytlarından bilet almaq mümkün deyil.
Eləcə də bax: AZAL-ın 2.2 mlrd. manatlıq borcu kimlərədir? - 2020-ci İlin Hesabatı
Bu barədə sosial şəbəkə istifadəçiləri də paylaşımlar edərək öz narazılıqlarını bildirirlər.
FED.az xəbər verir ki AZAL-dan bildirildi ki, aviabiletlərin bronlaşdırılması və alınması ilə bağlı yaranmış problemlərlə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətlərinin rəsmi saytlarında texniki işlər aparılır:
“Hazırda saytlarda bilet almaq və aviaşirkətlərin reyslərinə qeydiyyat aparmaq funksiyaları müvəqqəti olaraq işləmir.
Tezliklə biletlərin bronlaşdırılması və alınması prosesi ştat rejimində bərpa olunacaq”. (Qafqazinfo)